Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Atasını öldürən adamı müdafiə etdi

20 Oktyabr 2026, 11:30 Kriminal
728×90

Ceymis Ferbenk (James Fairbank)  Amerikanın Nebraska ştatının Omaha şəhərində yaşayır. Məktəbdə işləyirdi. Övladları var.

Sıradan bir gün, oğlu ilə kirayə ev axtararkən irəlidə qurbanı olacaq Mattedio Kondoluçinin yaşadığı məhəlləyə gəlir. Ərazidə baş vermiş cinsi cinayətlərin siyahısına baxdıqda, 64 yaşlı Mattedio Kondoluçinin 2 dəfə pedofilizmlə məhkum olduğunu gördü.

Ceymis  Mattedionun evini nəzarət altına alır. Ev uşaqların oynadığı meydançanın önündə idi. Ceymis uşaqlarla işlədiyi və özü ata olduğu üçün uşaqları qorumaq instinkti ilə Mattedionun evinə gedib  onu 7 güllə ilə qətlə yetirir.

Ceymis  cinayəti törətdikdən sonra media orqanlarına anonim e-məktub göndərir. Məktubda “Uşaqları bu yırtıcıdan xilas etdim”,  – yazır. Ardından polisə gedib cinayətini etiraf edir.

Qısa vaxtda ABŞ-ın media orqanlarında geniş və hay-küylü müzakirələr başlayır. İctimaiyyət Ceymisi dəstəkləyir. Məhkəmə prosesində Mattedionun qızı Ceymisi müdafiə edir. Nitqində atasının ona və uşaqlara etdiyi cinsi zorakılığı  ədalətin pedofilizmə qarşı sərt mövqedə olmamasını bəyan edir.

2021-ci ilin iyul ayında başa çatan məhkəmə prosesi, Ceymisə qanunsuz silah saxlama və adam öldürmə səbəbilə 40 ildən 70 ilə qədər azadlıqdan məhrum olma cəzası verdi. ABŞ-ın mövcud qanunlarına istinadən  Ceyms yalnız 2040-cı ildə şərti azadlıq qazana bilər.

Düşünürük ki, məqalənin sonunda milli duamızla “Allah qapısını açsın” desək yerinə düşər. Subyektiv yanaşmaya gəlincə Ceymisin dediyi kimi, bir yırtıcının ölümü neçə uşağın qurtuluşu oldu.

Tərifə Şükürqızı

 

728×90
Paylaş: