Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Azərbaycanda Energetiklər Günüdür

20 Oktyabr 2026, 08:30 Ölkə
728×90

Strateji Sahənin Peşə Bayramı

​Faktum.az xəbər verir ki, oktyabrın 20-si Azərbaycanda Energetiklərin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün Prezident İlham Əliyevin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə təsis edilib.

​Tarixi əsası 1981-ci il oktyabrın 20-nə təsadüf edən bu gün, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istismara verildiyi tarixlə bağlıdır.

​Bu gün Azərbaycanın enerji sektoru ölkə iqtisadiyyatının və milli təhlükəsizliyinin əsas dayaqlarından birini təşkil edir. Son illərdə həm ənənəvi enerji güclərinin modernləşdirilməsi, həm də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl Enerji” zonalarının yaradılması istiqamətində mühüm layihələr icra olunur. Energetiklərimizin fədakar əməyi sayəsində Azərbaycan təkcə daxili tələbatı tam ödəməklə kifayətlənmir, həm də regionun və Avropanın mühüm enerji təchizatçısına çevrilmişdir.

728×90
Paylaş: