Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Joqamma və Joqappa kimlərdir?- Fahişəliyin dini örtüyü

03 Oktyabr 2026, 09:45 Dünya
728×90

Cənubi Hindistanın qədim hindu məbədlərində yaşanan pərdəarxası qaranlıq dünyadan, yəqin ki, çoxlarınızın xəbəri yoxdur.

Qədim dedik, düşünməyin ki, qədimdə yaşanıb bitdi. Bu məqaləmizdə günümüzdə daha açıq və əksər dövlətlər tərəfindən qanuniləşdirilən üçüncü cinsin köklərinə doğru, yəni Yellamma icmasının dərinliklərinə enmək istəyirik.

Öncə Yellamma kimdir və ya nədir, öyrənək. Qədim Hindistan mifologiyasında sədaqəti şübhə altına alınan ilahə Renuka Yellammadır. Xəyanət etdiyi düşünülüb başı kəsilir. Sonradan başı səhvən alt təbəqəli qadın bədəni ilə birləşdirilərək canlandırılır. Beləliklə, ruhla bədənin fərqi yaranır.

Hindistanın Karnataka ərazisində bioloji cinsi gender-trans hesab edilən Joqappa və bioloji cinsi qadın olan Joqamma dini qruplardır; ta qədimdən bəhs etdiyimiz Yellamma kultuna xidmət edirlər.

Joqappalar və Joqammalar, əsasən, iqtisadi məhrumiyyətlər səbəbindən kiçik yaşda məbədlərə vəqf edilən uşaqlardır. Məbədlərdə musiqi və rəqs təlimləri keçərək, İlahə Yellamma heykəlinin önündə dini simvollar və rituallarla rəqs edib İlahə ilə evləndiklərinə inanırlar. Onlar adi insanlar kimi evlənə bilməzdilər, çünki Yellammanın əmlakı hesab olunurlar.

Buna baxmayaraq, kast sisteminin üst təbəqəsinin nümayəndələri və məbədin dini rəhbərləri tərəfindən cinsi istismara uğrayırdılar. Joqammalardan doğulan uşaqlar da Joqappa və ya Joqamma olurdu. Eynilə Devadasi (məbədlərin ancaq qadın xidmətçiləri) sistemi kimi.

Joqappa olmuş hər bir gender-trans qadın kimi sarı geyinir, qadın davranışlarını mənimsəyirdi. Lakin gender-transın cərrahi yolla cinsiyyət orqanının kəsilməsi (xədim) məbədlər üçün böyük cərimələr yarada bilərdi.

Mifdə söylənilir ki, Yellammanın başı alt təbəqədən olan qadının bədəni ilə birləşib. Joqappa icması bunu onunla əlaqələndirir ki, baş ilə bədən fərqli kimliklərə aid olduğu üçün ruh ilə bədən fərqli istəklərlə yaşayır. Kişi cinsi ilə doğulub gender-transa dönüşmək Yellammanın onu qəbul etməsinə inamdan yaranır. Onlara görə, Yellamma üst-alt təbəqələşmə olmadan hər kəsin “anasıdır”.

Bizə qalarsa, bu, insanın öz əməllərinə haqq qazandırmaq üçün geydirilən dondan başqa bir şey deyil.

Bəhs etdiyimiz mövzu ilə bağlı ingilis antropoloq Nikolas Bradford 1983-cü ildə ilk dəfə bəhs etdi və çox geniş ölçüdə etnoqrafik araşdırma ortaya qoydu.

Günümüzə gəlincə, Hindistan dövləti Joqappa və Joqamma icmaları ilə bağlı kəskin qərar verdi. Kiçik yaşda məbədə verilən və cinsi istismara məruz qalan Joqammaları (qadınları) qoruyur. Azad iradəsi ilə Joqappa olmağı seçən gender-transların fəaliyyətini isə məhdudlaşdırır. Joqappalar (gender-trans) tibbi komissiyanın rəyi ilə üçüncü cins olaraq tanınır. Dövlətin belə bir yanaşması dini icmanın hüquqlarını məhdudlaşdırır.

Son olaraq şəxsi qənaətimiz üzərindən onu söylemək istərdik ki, kişi və qadın fahişəliyini pərdələmək üçün Yellamma ilə “nikahlanmaq” unikal maskadır.

Tərifə Şükürqızı

728×90
Paylaş: