Təbiətin Gizli Kodları: Fraktal Həndəsə Və Xaos Nəzəriyyəsi

Faktum.az xəbər verir ki, klassik Evklid həndəsəsi düz xətlər, dairələr və hamar səthlərlə işlədiyi halda, Benua Mandelbrot tərəfindən əsası qoyulan fraktal həndəsə təbiətdəki özünəbənzər (self-similar) və mürəkkəb strukturları öyrənir.
Qat-qat təkrarlanan, sonsuz dərəcədə kiçildikdə belə ilkin formasını qoruyan fraktallar – buludların, sahil xətlərinin, ağac budaqlarının və hətta qan damarlarının riyazi modelidir. Bu mövzu dinamik sistemlərdəki xaosu və gözlənilməzliyi riyazi olaraq formullaşdırır.
