Əməli elmini nüfuzdan saldı

“Uşaqların tərbiyyəsi və müasir maarifçilik” nəzəriyyəsinin yaradıcısı, Fransız filosofu Jann Jak Russo, əməli ilə elmi arasında kəskin ziddiyyət olan həyat sürürdü.
Russo, rəsmi nigah bağlamadan, ər-arvad münasibəti yaşadığı xidmətçisi Tereza Levasse ( Mariye Theresa’s Levasseur) ilə birlikdə 5 uşaq dünyaya gətirmisdilər. Lakin, bütün uşaqlar doğulan anda, Russo onları Paris Yetimxanasına (Hospital deş Enfants Trouves) verdi. Hətta uşaqların doğum tarixlərini, adlarını belə vermədi ki, gələcəkdə tapılması mümkün olmasın.
Jann Jak Russo, öz əməlinə müxtəlif bəhanələr gətirməklə, vicdanını rahatlatmağa çalışırdı. Kâh, maddi durumunun aşağı, olmasını, gah qaynanasının uşaqlarla kobud rəftar edəcəyini, gah da uşaqların onun fəlsəfi və ədəbi fəaliyyətinə mane olacağını söyləyərək, özünə bərabər qazandırırdı. O, bunu uzun zaman gizli saxlasa da, rəqibi, tənqidçi Volter, bu haqda öyrəndi.
1864-cü ildə anonim bir kitab dərc etdirərək, Russonu ifşa etdi. Yaşanan hadisə, Russonu nüfuzuna ciddi şəkildə zərbə vurdu. Avropaya, uşaqları sevgi və qayğı ilə böyütmək barədə fəlsəfi fikirlər yayan Russo, özünün 5 uşağını yetimxanaya vermişdi. Sonradan əməlindən peşman olduğunu, vicdan əzabı çəkdiyini etiraf etsə də, acı həqiqəti dəyişmək mümkün deyildi.
Russo, fəlsəfə dünyasında nəzəriyyəsi ilə əqidəsi arasında uçurum olan filosof kimi nümunə olaraq qaldı.

Tərifə Şükürqızı
