Qədim türk kişisinin sırğa taxma səbəbi nə idi?

“Sözümü qulağında sırğa et” deyə verilən öyüd, heç də bəzək üçün qulağa taxılan əşya (aksesuar) olaraq nəzərdə tutulmayıb.
Qədim türklər oğlan uşaqlarını körpə yaşlarından döyüşçü olaraq yetişdirdi. Əsgərlik şərəf sayılırdı. Lakin hər oğlan uşağını əsgər aparmaq olmazdı. Hətta ən yaxşı döyüşçü olsa belə.
Bir türk ailəsində tək oğlan uşağı var idisə, bir qulağına sırğa taxılırdı. Nəsildə tək oğlan övladı idisə, iki qulağına sırğa taxılırdı. Nəsil, onu göz bəbəyi kimi qoruyurdu.
Türk törə qanunlarına görə, əsgərlik və nəslin davamını artırmaq müqəddəs vəzifə hesab olunub. Bu qanuna qarşı gəlmək, törə qanunlarını pozmaq idi. Nəslin tək varisi, nəslin davamını artırmaq borçlunu daşıyırdı. Qulağa taxılan sırğa həm daşıyanın ağır məsuliyyət altında olduğunu yadına salır, həm də soyu içərisində statusunu göstərirdi.
Günümüzün oğlan övladlarının taxdığı sırğalar hansı statusa xidmət edir?

Tərifə Şükürqızı
