Teslanın vəsvəsələrini bilirdinizmi?

Dünyanın gəlmiş geçmiş ən böyük dahilərindən olan Nikola Tesla, eyni zamanda qəribə və qatı qaydalarla və ya vəsvəsələrlə yaşayırdı.
Dəyişən cərəyan və kabelsiz texnologiyanın banisi olan Tesla, obsessiv kompulsiv pozuntu (OKP)- “sayrışan hallar nervozu” və ya “vəsvəsə” xəstəliyindən əziyyət çəkirdi.
Xəstəliyi səbəbilə, bir otelə yerləşdiyi zaman, seçdiyi otaq nömrəsinin 3-ə bölünməsi mütləq idi. Yemək yediyi zaman, qaşıq-çəngəli tam 18 dəfə kağız dəsmalla silirdi ki, bu da 3-ün 6 qatı idi.
Teslanı dəhşətə salan ən qorxulu vəsvəsəsi, mirvari idi. Üzərində mirvari olan bir qadınla əsla danışmazdı, göz təması qura bilməzdi. Hətta həmin məkanı tərk edərdi.
Bəlkə də düşüncələrin titrəyişi olduğunu isbat edən dahi alimin, belə bir vəsvəsələrlə yaşamasının səbəbi, ödəməli olduğu böyük zəkanın qarşılığı idi.

Tərifə Şükürqızı
