Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Maasay Tayfalarının Sıçrayış Rəqsi

22 Sentyabr 2026, 16:00 Dünya
728×90

Keniyanın Döyüşçülərinin “Adumu” Ritualı

Şərqi Afrikanın, xüsusən Keniya və Tanzaniyanın ən köklü yerli xalqlarından olan Maasay tayfasının kişiləri dünya mədəniyyətində özünəməxsus yeri olan “Adumu” adlı sıçrayış rəqsi ilə tanınırlar.

Faktum.az xəbər verir ki, əsasən “Eunoto” adlı yetkinlik və döyüşçülüyə keçid mərasimlərində yerinə yetirilən bu rəqs gənc kişilərin fiziki gücünü, dözümlülüyünü və çevikliyini nümayiş etdirmək üçün icra olunur. Rəqs zamanı döyüşçülər dairə quraraq ritmik mahnılar oxuyur, növbə ilə mərkəzə keçən gənclər isə dabanlarını yerə dəymədən, bədənlərini dik saxlayaraq mümkün qədər hündürə sıçramağa çalışırlar. Bədəni əymədən ən yüksəyə tullanmaq döyüşçünün cəsarətini və möhkəmliyini göstərir ki, bu da tayfa daxilində onun nüfuzunu artırır və ailə qurmaq üçün mühüm üstünlük sayılır. Qırmızı rəngli ənənəvi “Şuka” geyimləri və özünəməxsus vocal ritmləri ilə icra edilən Adumu ritualı Maasay mədəniyyətinin fəxri və canlı simvoludur.

728×90
Paylaş: