Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Mehriban xanım Əliyevanın adı cəmiyyətimizdə mərhəmət, xeyirxahlıq və insanpərvərlik anlayışları ilə yanaşı çəkilir

26 Avqust 2026, 13:49 Cəmiyyət
728×90

Mehriban xanım Əliyeva hər zaman bir humanizm nümunəsidir. Xanım Əliyevanın xəbərdar olduğu hər bir məsələ və hər bir problem dərhal və anındaca həllini tapır. Hər zaman kimsəsiz və məzlum insanlara arxa dayaq olan Mehriban xanım Əliyeva insanpərvərliyin ən ali dərəcəsində olan‚ ləyaqət və insanlıq nümunəsi olan və həqiqi mənada insanlığın‚ hümanizmin və təvazökarlığın bir incisi olan birinci bir xanımdır.

İllərdir ki, Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar missiyanın, sosial layihələrin və xeyriyyəçilik fəaliyyətinin şahididir. Onun fəaliyyəti təkcə rəsmi statusla məhdudlaşmır. Harada bir insanın problemi, harada bir ailənin çətinliyi, harada bir vətəndaşın köməyə ehtiyacı varsa, Mehriban xanım Əliyevanın diqqəti və qayğısı da orada hiss olunur.

Birinci vitse-prezident kimi dövlətçilik fəaliyyətində, Heydər Əliyev Fondunun rəhbəri kimi həyata keçirdiyi genişmiqyaslı layihələrdə, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan insanlara göstərilən dəstəkdə onun insan amilinə verdiyi yüksək dəyər açıq şəkildə görünür. Məhz buna görədir ki, Mehriban xanım Əliyevanın adı cəmiyyətimizdə mərhəmət, xeyirxahlıq və insanpərvərlik anlayışları ilə yanaşı çəkilir.

Bəzən bir insanın taleyini dəyişmək üçün böyük tribunalar deyil, böyük ürək lazımdır. Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında da məhz bu dayanır, insan taleyinə həssas münasibət, vətəndaşın problemini öz problemi kimi qəbul etmək və köməyə ehtiyacı olan hər kəsə əl uzatmaq.

Onun təşəbbüsü ilə həyata keçirilən sosial, mədəni və humanitar layihələr təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, tarixi və mədəni irsimizin təbliği istiqamətində görülən işlər də Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm hissəsidir.

Ən böyük nüfuz vəzifədən deyil, insanların qəlbində qazanılan hörmətdən başlayır. Bu hörmət isə illərlə görülən əməyin, göstərilən qayğının, edilən yaxşılıqların nəticəsidir. Məhz buna görə də Mehriban xanım Əliyeva bu gün minlərlə insanın qəlbində xeyirxahlığın, humanizmin və nəcibliyin rəmzi kimi qəbul olunur. İnsanların sevgi və rəğbətini qazanmaq hər kəsə nəsib olmur. Bu isə yalnız xalqa xidmət etməyi həyat amalına çevirən insanlara qismət olur.

Səfərova Tərgül Yusif qızı

Qarabağ Regional Mədəniyyət İdarəsi Kətəlparaq kənd Folklor Evinin bədii rəhbəri, Şəhid övladı

728×90
Paylaş: