Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”Kainatın ən dözümlü canlısı”: Tardrqradlar (Su ayıları) və vakuumda yaşamağın sirri

11 Avqust 2026, 13:30 Özəl
728×90

Faktum.az xəbər verir ki, yer üzündə elə canlılar var ki, onların sağ qalma qabiliyyəti ağlasığmazdır. Bunlardan biri də ölçüsü cəmi 1 millimetrə çatan mikroskopik tardrqradlardır (Hypsibius dujardini), xalq arasında isə “su ayıları” kimi tanınırlar. Bu kiçik canlılar ekstremal şəraitlərə qarşı elə bir dözümlülük nümayiş etdirirlər ki, alimlər onları “kainatın ən dözümlü canlısı” adlandırırlar.

Tardigrades Water Bears vector illustration. Labeled described moss piglets infographic. Educational microscopic animal with survival resilient skills. Zoological characteristics structure closeup.

Tardrqradların ən heyrətamiz xüsusiyyəti budur ki, onlar mənfi 272 dərəcə şaxtadan 150 dərəcə istiyə, radiasiyadan okeanın dərinliklərindəki yüksək təzyiqə qədər hər cür çətinliyə davam gətirə bilirlər. Hətta kosmosun vakuum mühitində belə canlı qala bilən tardrqradlar elmi dünyasını heyran qoyur.

Bu canlıların belə dözümlü olmasının sirri onların bədənindəki suyu tamamilə çıxarıb “anabioz” (kriptobioz) vəziyyətinə keçmək bacarığı ilə bağlıdır. Bu zaman tardrqradın maddələr mübadiləsi 0,01%-ə qədər yavaşlayır və o, onillərlə canlı qala bilir. Yenidən suya qovuşduqda isə bir neçə dəqiqə ərzində “dirilir”. Alimlər həmçinin tardrqradların DNT-lərini radiasiyadan qoruyan xüsusi zülallar kəşf ediblər. Bu kəşf, gələcəkdə kosmos araşdırmaları və insan sağlamlığı sahəsində inqilabi dəyişikliklərə yol aça bilər. Tardrqradlar təbiətin ən gizli və ən güclü canlılarından biridir və onların sirləri hələ də tam açılmayıb.

728×90
Paylaş: