Zəfərdən Böyük Qayıdışa: Dəmir Yumruğun təntənəsi və Qarabağın yeni intibahı

Faktum.az xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, sarsılmaz siyasi iradəsi və rəşadətli Azərbaycan ordusunun qüdrəti sayəsində qazanılan tarixi Zəfər xalqımızın “dəmir yumruq” ətrafında sarsılmaz birliyinin əbədi təntənəsinə çevrildi. 44 günlük Vətən müharibəsində əldə olunan bu şanlı qələbə yalnız otuz illik işğala son qoymadı, həm də regionda yeni hərbi-siyasi reallıqlar yaradaraq milli qürurumuzu və ədaləti tam bərpa etdi.
Bu gün işğaldan azad edilmiş doğma Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işləri, müasir infrastruktur layihələri, smart kənd və şəhər konseptləri zəfərimizin mülki müstəvidəki məntiqi davamıdır. Reallaşdırılan “Böyük Qayıdış” proqramı çərçivəsində soydaşlarımızın mərhələli şəkildə doğma ocaqlarına qayıtması, tarixi, dini və mədəni abidələrimizin restrasiyası bu torpaqlara əbədi əmin-amanlıq, dirçəliş və yeni nəfəs gətirir. Azərbaycan dövlətinin öz daxili imkanları hesabına həyata keçirdiyi bu nəhəng quruculuq salnaməsi qalib xalqımızın qurub- yaratmaq əzmini və parlaq gələcəyə olan inamını bütün dünyaya nümayiş etdirir.
Xəqani Muradov
Jurnalist – Vətən Müharibəsi İştirakçısı
