Mirvari sandığımızın qədər “məsum” deyil.

Əsrlər boyu bəzək- zinyət əşyalarına qiymətli daşlara böyük sevgi bəslənilib. Eyni zamanda, onlar cəmiyyətdə status rolu oynayıb və günümüzdə də davam edir.
Qədimdən bu günə kimi istər həkimlər, istər şəfaçılar, istər astroloqlar daşların mistik və şəfalandırıcı güclərini bizlərdən daha yaxşı bilirdilər.
Bu səbəblərdən də müxtəlif aynlərdə, özəl günlərdə xüsusi daşlardan istifade edirdilər.
Qədim Misirdə ən çox dəyər verilən və ən qiymətli daşlardan sayılan Nil mirvarisi xüsusi hörmətə layiq tutulub.
Nəinki, Nil mirvarisi, dəniz mirvarisi o dövr üçün əldə edilməsi ən çətin zinyət əşyası idi.
Mirvarini suyun dibindən çıxartmaq üçün bir-birinə güvənən iki insan olmalı idi.
Dənizə düşən insan belinə bağladığı ipi sahildə dayanan insana həvalə edirdi. Sahildə dayanan insan isə, dərindən nəfəs alıb, nəfəsini buraxmırdı. O qədər saxlayırdı ki, artıq boğulma həddinə çatdığı an , dənizdə olan yoldaşını sudan çıxarırdı. Təbii ki, bu hər zaman xoşbəxt sonluqla bitmirdi. Bəlkə elə buna görə, qədimdən nənələrimiz toy günündə gəlinə mirvarini bəzək əşyası olaraq, taxmağa iin vermirdilər?
İllər öncə, gənc yaşında ailəsini itirmiş bir qadının söylədikləri:
Mən gəlin köçən zaman mirvari boyunbağıdan, mirvari bəzək əşyalarından istifadə etmişdim. Bir gün qonşuluqda yaşayan yaslı rus qadın qonağım oldu. Ailə albomunu vərəqləyərkən mənim həyat yoldaşımla toy şəkillərinizi görüb heyrətlə soruşdu:- “Sən toy günündə mirvari geyinmisdin?” . Mən təəccüblə “bəli” dedim.
Qadın acı -acı içini çəkərək, “ona görə ailəni vaxtsız itirdin” deyə başını yellədi.
Qadından bunun ne anlama gəldiyini soruşduqda, “Mirvari göz yaşıdır. Gəlin köçən qız mirvari geyinməlidir
Hətta ailə qurmaq arzusunda olan qadın əsla mirvaridən istifadə etməməlidir”.
Qadınla söhbətdən sonra yaxın çevrəsimdə olan, xoşbəxt ailə həyatı olmayan qadınların çoxunun toy günündə mirvaridən istifadə etdiklərinin şahidi oldum.
Bəli, bir çoxları bunu cəhalət adlandıra bilərlər. Unutmaq olmaz ki, mirvari digər daşlardan fərqli olaraq canlıdır. Digər tərəfdən, kainatda hər bir canlının və cansızın titrəyişi olduğu bilinir. Titrəyişdən yaranan frekans insanın həm ruh, həm cism halına bu və ya digər halda təsir edir. Məhz bu baxımdan yuxarıda söyləyənlər xurafat deyil, həqiqətdir.
Bu gün biz modern insan olduğumuzu iddia edib, baba-nənələrimiz etdiklərinə cəhalət deyirik. Unutmaq olmaz ki, onlar adlarını belə yazmağı bacarmasalar da, təbiət elmini, hətta Kvant nəzəriyyəsini bizlərdən daha yaxşı bilirdilər. O halda gəlin böyüklərin dediklərini ağıl süzgəcindən keçirib, sonra qərar verək. Hər əşyadan gəlişi gözəl şəkildə deyil, şuurlu şəkildə yararlanaq.
Tərifə Şükürqızı
