9 iyul üçün bürclərin gizli xəritəsi

Faktum.az günün astroloji mənzərəsini və ulduzların bürclərə olan təsirlərini təqdim edir. Bu gün maliyyə qərarları və şəxsi münasibətlərdə ciddi dəyişikliklər gözlənilir.
Qoç – İş yerində ambisiyalarınızı nümayiş etdirmək üçün əla gündür, rəhbərliyin diqqətini çəkə bilərsiniz.
Buğa – Maliyyə məsələlərində riskli addımlardan qaçın, gözlənilməz xərclər büdcənizi sarsıda bilər.
Əkizlər – Şəxsi ünsiyyətdə gərginlik mümkündür, emosiyalarınızı idarə etməsəniz, yaxınlarınızla münasibətlər korlana bilər.
Xərçəng – Enerjinizin yüksək olduğu bir gündür, uzun müddətdir təxirə saldığınız planları reallaşdırmağın tam vaxtıdır.
Şir – Yaradıcılıq və özünüifadə ön plana çıxır, lakin ətrafdakıların tənqidlərinə qarşı aqressiv reaksiya verməməyə çalışın.
Qız – Ev və ailə daxili məsələlər diqqət tələb edəcək, yaxın birinin məsləhətinə ehtiyac duya bilərsiniz.
Tərəzi – Yeni tanışlıqlar və işgüzar danışıqlar üçün uğurlu zamandır, aldığınız məlumatlar gələcək karyeranıza təsir edəcək.
Əqrəb – Gəlirlərinizi artırmaq üçün yeni fürsətlər yarana bilər, lakin şərtləri tam dəqiqləşdirmədən heç bir sənədə imza atmayın.
Oxatan – Günün lideri sizsiniz, şəxsi cazibəniz sayəsində çətin danışıqlardan qalib çıxacaqsınız.
Oğlaq – Bu gün böyük layihələrə başlamaq əvəzinə, cari işləri tamamlamaq və bir az dincəlmək daha faydalıdır.
Dolça – Dostlarınızla birlikdə keçirəcəyiniz vaxt sizə mənəvi rahatlıq verəcək, gələcək planlar üçün yeni ideyalar yaranacaq.
Balıqlar – Karyerada dönüş nöqtəsi ola bilər, peşəkar fəaliyyətinizdə məsuliyyəti üzərinizə götürməkdən çəkinməyin.
