“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr sərtləşdirilir. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlerinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər 3 min manat […]
Xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Nəzarətin həyata keçirilməsi ilə bağlı bu qayda ilə müəyyən edilən müvafiq tələblər xüsusi icra məmurunu müvəqqəti əvəz edən xüsusi icra məmuruna da şamil olunacaq. Xüsusi icra məmurlarının fəaliyyətinə Nazirlik tərəfindən nəzarət […]
Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 9-da […]