2026-cı ilin yanvar–may aylarında dövlət büdcəsinin icrası və xəzinə əməliyyatlarının idarə edilməsi sahəsində yüksək nəticələr əldə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 501,0 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib […]
Author: Jale Asiman
Sahibkarların nəzərinə! - Ali Məhkəmədən beynəlxalq yükdaşımalarla bağlı açıqlama
Beynəlxalq yük daşınması zamanı yükün zədələnməsi və ya məhv olması ilə bağlı mübahisələrdə əsas məsələlərdən biri yük göndərənin və daşıyıcının kimliyinin düzgün müəyyən edilməsidir. Edliyyeinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin son qərarlarından birində bu məsələlərlə bağlı mühüm hüquqi mövqe ifadə olunub. Mübahisənin mahiyyəti İş üzrə iddiaçı bildirmişdir ki, cavabdeh hüquqi şəxsin sürücüsü ilə […]
Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Bir müddət əvvəl saytımızda “General Hospital” tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlamışdıq. Xəbərin ictimailəşməsindən sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) həmin özəl tibb müəssisəsində araşdırmaya başladı. Analitik Ekspertiza Mərkəzindən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin may ayında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Bakı şəhəri, Suraxanı […]
Ceyhun Bayramov Türkiyəyə getdi
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb. Edliyyeinfo.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikasının, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakı və çıxışı, habelə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Son zəng günü məzunlara icarəyə avtomobil verənləri hansi cəza gözləyir? - VİDEO
Son zəngə görə maşın sifariş edə bilərsniz… Sürücülük vəsiqəsi tələb olunmur… Qiymətlər isə maşının markasına və saxlanılma müddətinə görə dəyişir. Saatı 100 manata olan da var günü 300 manata olan da… Edliyyeinfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bəzi rentekar şirkətləri eləcə də fərdi avtomobili olanlar son zəngin yaxınlaşmasından istifadə edirlər. Belə ki məktəbi bitirən şagirdlərə […]
“Hüququn Səsi” verilişində insan hüquqları və hüquqların müdafiəsi mövzusu müzakirə olunub
Hüquqşünas, mediator Zaur Quliyevin təqdimatında yayımlanan “Hüququn Səsi” verilişinin növbəti buraxılışında insan hüquqları, konstitusion hüquq və azadlıqların müdafiəsi mövzusu müzakirə olunub. Verilişin qonaqları vəkil Elminaz Qafarova və hüquqşünas, mediator Emin Qasımov olub. Qonaqlar insan hüquqlarının mahiyyəti, onların müdafiə mexanizmləri və vətəndaşların hüquqi maariflənməsinin əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı qeyd olunub ki, insan […]
“Girov” serialının heyəti ilə bağlı məsələ həll olundu
Bir neçə gün əvvəl “Edliyyeinfo.az” informasiya portalında yayımlanan məlumatdan sonra “Girov” serialının yaradıcı heyətinin zəhmət haqları ilə bağlı yaranmış problem tamamilə öz müsbət həllini tapıb.Saytımızda işıqlandırılan məsələyə istehsalçı şirkət tərəfindən dərhal operativ və məsuliyyətli reaksiya verilib. Belə ki, yaranmış narazılıqdan xəbərdar olan istehsalçı şirkət – “CNF” MMC yaradıcı heyətin qalan ödənişlərini tam şəkildə ödəməyi öz […]
Azərbaycanda bu uşaqların sosial şəbəkə istifadəsi qadağan olunur
Azərbaycanda şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşir. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin iyunun 8-də müzakirəyə çıxarılacaq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək. Platformaların […]
Gələn aydan Azərbaycanda yeni 100 manatlar istifadəyə veriləcək
Gələn aydan Azərbaycanda yeni 100 manatlar istifadəyə veriləcək. Edliyyeinfo.az xəbər verir ki, Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə […]
AAYDA-nın sədr müavinləri vəzifədən azad edildilər - Sərəncam
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavinləri Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev vəzifələrindən azad ediliblər. Məlumata görə, bu barədə Prezident İlham Əliyev Sərəncam verib. Qeyd edək ki, Ə. Qocayev və H.Quliyev bu vəzifəyə 2017-ci ildə təyin olunmuşdular.










