Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Pomidorla atılan “böhtan”

22 İyul 2026, 09:30 Cəmiyyət
728×90

Vətəni Cənubi və Mərkəzi Amerika olan pomidor yerli xalqın sevimli qidalarından idi.

Avropalılar Amerika qitəsinə ayaq açqıda, Çili, Ekvador, Peru, Meksika xalqlarının sevə-sevə istifadə etdikləri “qırmızı meyvə” onların böyük maraqlarına səbəb oldu.  XVI əsrdə İspan səyyahları tərəfindən Avropaya gətirildi.
İki əsr zəhərli və şeytani bitki kimi tanındı.

Pomidor yedikdən sonra ölən bir çox varlı adamlar, bitkinin zəhərli olmasına inandı. O dövr,yemək metal qablarda yeyilirdi. Metalda yaranmış aşınmalar, pomidorda olan zəngin turşularla birləşdiyi zaman, əmələ gələn ağır qurğuşun qida zəhərlənməsinə səbəb olurdu.

Kilsə isə, tərəvəzin qırmızı rənginə görə şeytani bitki deyə elan etmişdi.

Pomidor gözəl görüntüsü və spesifik qoxusu səbəbilə, uzun zaman bəzək bitkisi kimi tanındı. Nəhayət elmin inkişafı pomidoru uğradığı “böhtandan” xilas edib, ona ləzzətli qida şöhrəti gətirdi.

Bu dəfə də, kilsə qadınların pomidor yeməsinə qadağa qoydu. Səbəb isə, qidanın ləzzətindən qadınlarda ehtiras yaranması səbəb olaraq, irəli sürüldü.  Qoyulan bütün qadağalara, “haqsız iftiralara” məruz qalan pomidor, cəhalətin savaşından qələbə ilə çıxıb, süfrəmizə gəldi.

Günümüzdə süfrədə pomidor gördüyüm zaman, o qaranlıq dövrdə yaşamadığım üçün çox sevincliyəm. Əks halda belə ləzzətli qida ilə tanış olmadan, ayrılacaqdıq.

 

Tərifə Şükürqızı

728×90
Paylaş: