Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili müqəddəs diyarlarda – doğma Qarabağda qeyd etmək bayrama xüsusi şövq qatır. Polis əməkdaşları bu sevinc və qürura uyğun davranır, vətəndaşların tətil günlərini işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq şəraitində keçirməsi üçün gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütün zəruri tədbirləri həyata keçirirlər.
DİN Mətbuat Xidmətindən bildirilib ki, yalnız müvafiq icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq. Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər.
Bir daha nəzərinizə çatdırırıq ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.
Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı – Qarabağın hər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, bu torpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, daha çox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi və xoşbəxtlik dolu xatirələr həkk edək. Bayramınız mübarək!
Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib. Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək: – idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi; […]
Edliyyeinfo.az xəbər verir ki, iyulun 13-də Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirib. İmtahan prosesini izləmək üçün ədliyyə nazirinin müavini, nazirliyin Müsabiqə Komissiyasının sədri Abiddin Hüseynov və Komissiyanın digər üzvləri də imtahanda iştirak edib. İmtahanda iştirak edən 91 namizəddən 40 nəfəri uğur qazanaraq növbəti mərhələdə iştirak şansı […]
Qanunsuz tikilinin sökülməsi mümkündürmü? Bəli. Bu məsələ İnzibati Xətalar Məcəlləsinin 222-ci maddəsində konkret əksini tapıb: Maddə 222.1: Tikinti-quraşdırma işlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə almadan başlanılması — fiziki şəxslər üçün 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər üçün 2 000 manatdan 4 000 manatadək, hüquqi şəxslər üçün isə 10 000 manatdan 20 000 manatadək cərimə […]