Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Humanizm simvolu, ümid, inam ünvanı, mərhəmət, xeyirxahlıq nümunəsi

26 Avqust 2026, 14:02 Cəmiyyət
728×90

Bu günlərdə ömrünün növbəti yaşını qeyd etməyə hazırlaşan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sözün bütün mənalarında bu alqışdan bolluca nəsibini almış bir insan olaraq adına layiq yaşayan şəxsiyyət kimi  tarixə öz imzasını atmağı bacarmışdır.

Mehriban xanım Əliyeva  adına uyğun olaraq hamıya şəfqətli, mehriban münasibəti, mərhəmətli rəftarı və örnək davranışı ilə millətinin qəlbində özünə yer tutmağı bacaran nəcib Azərbaycan qadınlarındandır. Humanizmin başlıca prinsiplərindən olan mərhəmət anlayışı  onun ali həyat kredosudur. Məhz buna görə də bu gün Mehriban xanım  Əliyeva istər dünyada, istərsə də ölkəmizdə humanizmin  simvollarından biri kimi qəbul edilir.

Mehriban xanımın düşüncəsinə görə, xeyriyyəçilik fəlsəfəsinin əsası ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Bu məsələdə Azərbaycanın birinci xanımı üçün mənəviyyatın qanunları əsasdır.  Mənəviyyat qanunlarına görə isə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividentlər və səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarətdir.  Bəzən sadəcə adi insani diqqət və iştirak belə şəxsi ianəyə, şəxsi töhfəyə çevrilə bilər. İnsanın xeyirxah əməlləri isə hökmən bizim həyatımızda yaxşılığın sayının artmasına gətirib çıxaracaqdır.

Onun içindən gələn fədakarlıqla gördüyü işlər küll halındadır, cəmiyyətin demək olar ki, bütün sahələrinə aiddir, bu sahələrdə müşküllərin həllinə, uğura doğru aparan qüvvədir. Müasir tariximizin bu ən güclü qadınının ən ümdə vəzifəsi Mehriban olmaqdır. Onun mənəvi dünyasındakı bu keyfiyyətləri daşıdığı ictimai-siyasi statuslar üzə çıxarmayıb. Mehriban xanım cəmiyyətin sıravi bir üzvü statusunda da Tanrının və taleyin onun üçün müəyyən etdiyi müqəddəs missiyasını yəqin ki, yenə eyni tərzdə yerinə yetirəcəkdir.

O, öz əməlləri ilə sevilir, insanların hörmətini və etimadını qazanır. Məhz bu sevginin sayəsində o, yalnız ölkənin birinci xanımı Mehriban Əliyeva deyil, hamının əzizi, doğma Mehribanıdır.

Onun şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb. O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək Azərbaycan üçün çox böyük işlər görüb və bu işlərin altına öz imzasını atıb.

Doğum gününüzü təbrik edirəm, əziz və hörmətli Mehriban xanım! Sizə gələcək fəaliyyətinizdə bol-bol uğurlar və nailiyyətlər arzulayıram.

Allahverdiyeva Rəna Hümbətəli qızı

“Mübariz Qadın” jurnalının əməkdaşı, “Qızıl Qələm” media mükafatçısı

728×90
Paylaş: