Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Din və ya inanc zəminində zorakılıq qurbanları anılır

22 Avqust 2026, 08:00 Cəmiyyət
728×90

Faktum.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən Din və ya İnanc Zəminində Zorakılıq Əməllərinin Qurbanlarını Anma Beynəlxalq Günü hər il 22 avqust tarixində dünya miqyasında qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən 2019-cu il 28 may tarixində qəbul edilmiş xüsusi qətnaməyə əsasən təqvimə salınan bu əlamətdar gün dini mənsubiyyətinə, vicdan azadlığına və ya inancına görə diskriminasiyaya, təqiblərə və fiziki zorakılığa məruz kalmış insanların xatirəsini yad etmək məqsədi daşıyır.

İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə prinsiplərinə söykənən beynəlxalq sənədlər hər bir fərdin fikir, vicdan və din azadlığı hüququnu birmənalı şəkildə təsbit edir. 22 avqust tarixində beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri dini dözümsüzlük, radikallaşma və nifrət cinayətlərinə karşı birgə mübarizənin vacibliyini növbəti dəfə diqqətə çatdırırlar.

728×90
Paylaş: