Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Beynəlxalq Humanistika İnstitutu Anım Günündə qəhrəmanlarımızın məzarını ziyarət etdi

27 Sentyabr 2023, 15:13 Cəmiyyət
728×90

2023-cü il sentyabrın 27-də – Anım Günündə “Beynəlxalq Humanistika İnstitutu” İctimai Birliyinin sədri Elmira Məhəddinli və birliyin üzvləri Şəhidlər xiyabanını ziyarət etmişlər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilmiş, məzarları önünə gül dəstələri qoyulmuşdur.

Ziyarət zamanı şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı, onların bizə əmanət etdiyi Vətənin və milli-mənəvi dəyərlərin qorunmasının hər birimizin mənəvi borcu olduğu vurğulanmışdır. Şəhidlərimizin ruhuna dualar oxunmuş, onların əziz xatirəsi ehtiramla anılmışdır

728×90
Paylaş: