Bakının Xətai rayonu, 8 Noyabr pr, 1212 ci məhəllə, ev 15 ünvanında yerləşən “Azure Residence” yaşayış kompleksində yaşananlar sadəcə məişət problemi deyil, bu, birbaşa məhkəmə qərarına meydan oxumaq və dövlətin hüquq sisteminə qarşı açıq hörmətsizlikdir.İki il öncə məhkəmə tərəfindən idarəçilikdən kənarlaşdırılan “Güvənli Servis” MMC və onun rəhbəri Babək Babayevin kompleksdə hələ də “at oynatması”, sakinlərin hüquqlarını ayaqlar altına alması dözülməz bir vəziyyətdir.Sakinlərin öz mülklərinə girişi, kommunikasiya xətlərinin olduğu ərazilərə keçidi necə və hansı səlahiyyətlə məhdudlaşdırılır? “Veysəloğlu” şirkətinin əməkdaşlarının “Güvənli Servis”dən icazə alınmalı olduğunu bildirməsi, ortada hüquqi baxımdan qüvvədən düşmüş bir qurumun qeyri-rəsmi diktaturasının olduğunu göstərir.Müəmmalı müqavilə: “Veysəloğlu” şirkəti “Güvənli Servis”lə müqaviləsinin olduğunu iddia edir, lakin sənədi ictimaiyyətə təqdim etməkdən qaçır. Nəyə görə? Məhkəmə tərəfindən səlahiyyəti əlindən alınmış bir şəxslə hansı hüquqi əsasla əməkdaşlıq edilir?İmtina və qorxu: Kamera qarşısında danışmaqdan boyun qaçıranların arqumentləri, təbii ki, ciddiyə alınmır. Bu, sadəcə qanunsuzluğun gizlədilməsi cəhdidir.İdarəçilik hüququ sakinlərin yaratdığı “Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə keçdiyi halda, Babək Babayev hansı cəsarətlə kompleks üzərində faktiki nəzarəti davam etdirir?Bu vəziyyət suallar doğurur: Məhkəmə qərarları icra məmurları üçün sadəcə bir kağız parçasıdır? Aidiyyəti dövlət qurumları niyə bu özbaşınalığa göz yumur?Əgər bu ölkədə qanun alidirsə, o zaman məhkəmə qərarı dərhal və qeyd-şərtsiz icra edilməlidir. “Azure Residence”də baş verənlər hüquq sisteminə olan inamı sarsıdır. Yüzlərlə sakinin fundamental mülkiyyət və hərəkət hüquqlarının pozulması dövlətin nəzarət mexanizminin effektivliyini şübhə altına alır.Sakinlər cavab gözləyir: “Güvənli Servis” MMC bu binada hansı səlahiyyətlə qanunsuz müdaxilələr edir və bu özbaşınalığa kimlər havadarlıq edir?Mövzunu davam etdirəcəyik. Adı çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Oxşar Xəbərlər
Ədliyyə Nazirliyinin Probasiya xidməti CEP-in tamhüquqlu üzvü olub
Edliyyeinfo.az: 14-16 oktyabr tarixlərində Avstriyanın Vyana şəhərində Avropa Probasiya Konfederasiyasının (CEP) 15-ci Baş Assambleyası və “Probasiya sahəsində gender əsaslı zorakılıq: çağırışlar və öyrənilmiş dərslər” mövzusunda beynəlxalq konfrans keçirilib. NEUSTART təşkilatı ilə əməkdaşlıq çərçivəsində keçirilən və Avropanın müxtəlif ölkələrindən 100-dən artıq CEP üzvü, probasiya xidmətlərinin rəhbər şəxsləri, probasiya mütəxəssisləri, habelə ekspert və alimlərin qatıldığı tədbirdə ölkəmizi […]
Maddə 40: Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və əmlakının idarəsi
Mülki Məcəllənin 40-cı maddəsinə görə, əgər fiziki şəxsin harada olduğu məlum deyilsə və iki il ərzində onun yaşayış yerində görünmədiyi təsdiqlənirsə, maraqlı şəxslərin ərizəsi əsasında məhkəmə həmin şəxsi xəbərsiz itkin düşmüş elan edə bilər. Əgər itkin düşmə ilə bağlı son məlumatların dəqiq günü məlum deyilsə, xəbərsiz itkin düşmüş sayılma müddəti son məlumatların alındığı ayın növbəti […]
Evini kirayə verənlər nə qədər vergi verəcək?
Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, icarə (kirayə) […]



