Haqqımızda Reklam Əlaqə
160×600
160×600

XƏBƏRİNİZ OLMADAN SİZİ GPS-LƏ İZLƏYƏNLƏRİ HANSI CƏZA GÖZLƏYİR?

29 Oktyabr 2026, 09:45 Özəl
728×90

Təsəvvür edin, kimsə avtomobilinizə kiçik GPS və ya digər izləmə cihazı yerləşdirib. Haraya getdiyinizi, harada dayandığınızı, nə vaxt evə qayıtdığınızı sizdən xəbərsiz izləyir.

Bəs bunu həyat yoldaşınız, sevgiliniz və ya keçmiş həyat yoldaşınız edirsə, qanunidirmi?

Xeyr! Nikah, qısqanclıq və ya xəyanət şübhəsi heç kimə başqasının şəxsi həyatını qanunsuz izləmək hüququ vermir.

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilə bilməz.

Bəs hansı cəza nəzərdə tutulur?

Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların qanunsuz toplanılması cinayət məsuliyyəti yarada bilər.

Bu əmələ görə:

– 1000 manatdan 2000 manatadək cərimə;
– 240 saatdan 480 saatadək ictimai işlər;
– 1 ilədək islah işləri nəzərdə tutulur.

Bu cəzalardan biri tətbiq edilə bilər. Hər bir gizli izləmə halının cinayət hesab edilməsi isə konkret hallardan və sübutlardan asılıdır.

Avtomobilinizdə gizli izləmə cihazı tapsanız nə etməlisiniz?

Cihazın foto və videosunu çəkin, sübutları qoruyun və polisə müraciət edin.

Unutmayın: Texnologiya sizə kimisə izləmək imkanı verə bilər, amma bu, həmin şəxsi izləməyə hüququnuz olduğu demək deyil!

 

Zaur Quliyev

Hüquqşünas – Mediator

728×90
Paylaş: