Dərinin Altındakı Mübarizə

Ümumdünya Psoriaz Günündə Maarifləndirmə Və Sosial Dəstək
Faktum.az xəbər verir ki, 29 oktyabr tarixi bütün dünyada Ümumdünya Psoriaz Günü kimi qeyd olunur. Beynəlxalq psoriaz federasiyalarının təşəbbüsü ilə təsis edilən bu xüsusi günün ana xəttini xroniki dəri xəstəliyindən əziyyət çəkən milyonlarla insana psixoloji və sosial dəstək göstərmək, eləcə də cəmiyyətdə bu xəstəliklə bağlı yanlış stereotipləri sındırmaq təşkil edir. Psoriaz təkcə estetik və fizioloji diskomfort yaradan dəri problemi deyil, orqanizmin immun sisteminin pozulması ilə müşayiət olunan mürəkkəb xroniki autoimmun prosesdir.
Psoriazla mübarizədə ən böyük maneələrdən biri cəmiyyətdəki məlumat azlığı və bunun yaratdığı sosial təcriddir. Bir çox hallarda insanlar psoriazın yoluxucu olduğunu düşünərək pasiyentlərdən uzaqlaşmağa çalışırlar; lakin dermatoloqlar dəfələrlə vurğulayırlar ki, bu xəstəlik kesinliklə təmas və ya hava-damcı yolu ilə başqasına keçmir. Genetik meyillilik, güclü emosional stress, infeksiyalar və immun sisteminin zəifləməsi kimi amillərlə tətiklənən psoriaz müasir təbabətin inkişafı sayəsində nəzarət altında saxlanıla bilir. Psoriazlı fərdlərə qarşı empatiya nümayiş etdirmək, onları cəmiyyətdən təcrid etməmək və vaxtında peşəkar dermatoloji müalicəyə yönəltmək pasiyentlərin həyat keyfiyyətini artırmağın ən effektiv yoludur.
