Neftçalada iqlim riskləri üzrə ilk təlim keçirilib-FOTO

“Yaşıl maliyyə və iqlim risklərinin idarəedilməsi üzrə peşəkar inkişaf proqramı” layihəsi çərçivəsində “İqlim risklərinə giriş, proqramın təqdimatı, lokal kontekst” mövzusunda ilk təlim keçirilib.
Təlimdə 31 iştirakçı iştirak edib. Təlim ekoloq, hidroloq və iqlim dəyişiklikləri üzrə mütəxəssis Amin Məmmədov tərəfindən aparılıb.
Təlim zamanı iqlim riskləri, onların Neftçala üçün əhəmiyyəti, yerli risklərin idarə olunması və layihənin qarşıdakı fəaliyyət istiqamətləri müzakirə olunub.
Təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycanın maliyyə yardımı, Neftçala Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə ARPA İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində təşkil olunub.
Layihə çərçivəsində növbəti mərhələlərdə iqlim risklərinin qiymətləndirilməsi, yaşıl maliyyə, ESG yanaşmaları və yerli tətbiq modelləri üzrə fəaliyyətlər davam etdiriləcək.

