Haqqımızda Reklam Əlaqə
REKLAM160×600
REKLAM160×600

Matriarxatın son qalası: Mosuo xalqı – qadınların idarə etdiyi evliliksiz cəmiyyət

22 İyul 2026, 14:00 Dünya
REKLAM728×90

Faktum.az xəbər verir ki, müasir dünyanın böyük hissəsində patriarxal (ataxaqanlığı) sosial quruluş hökm sürdüyü bir vaxtda, Çinin cənub-qərbində, Himalay dağlarının ətəklərindəki Lugu gölü ətrafında tamamilə fərqli bir cəmiyyət ömür sürür. Əhalisi təxminən 40 min nəfər olan Mosuo xalqı, dünyada matriarxatın (anaxaqanlığının) demək olar ki, son və ən bariz nümunəsi hesab olunur. Burada ailəyə və cəmiyyətə qadınlar rəhbərlik edir, soyad anadan uşağa keçir və adət etdiyimiz rəsmi evlilik anlayışı ümumiyyətlə mövcud deyil.

Mosuo mədəniyyətinin ən fərqli və unikal cəhəti onların “Zǒu hūn” (gəzəyən nikah və ya gəzinti nikahı) adlandırdıqları münasibət sistemidir. Bu cəmiyyətdə tərəflər bir-biri ilə rəsmi nikaha girmir, eyni evdə yaşamır və ortaq mülkiyyətə sahib olmurlar. Qadın və kişi bir-birinə qarşı romantik hiss bəslədikdə, kişi gecələr qadının evinə gəlir və səhər açılmadan öz anasının evinə qayıdır. Əgər hisslər bitərsə, münasibət heç bir hüquqi və ya sosial maneə olmadan, sakitcə sona çatır.

Bu sərbəst münasibətlərdən dünyaya gələn uşaqlar tamamilə ananın ailəsinə aid edilir və ananın evində böyüyürlər. Bütün mülkiyyət — ev, torpaq və var-dövlət anadan qız övladına miras qalır. Ailənin ən yaşlı qadını (“Ah mi”) evin tam hakimi sayılır, maliyyə məsələlərini idarə edirvə bütün qərarları verir. Qadınların belə iqtisadi və sosial müstəqilliyi Mosuo toplumunda boşanma, kimsəsizlik və ya qadına qarşı zorakılıq kimi problemlərin kökünü kəsib.

Mənşəyi əsrlər öncəyə dayanan bu ana xaqanlığı quruluşunda kişilər də kənarda qalmır. Kişilərin əsas öhdəliyi öz bacılarının övladlarını (yenhələrini) böyütmək, ailənin təsərrüfatı və fiziki işləri ilə məşğul olmaqdır. Uşaqlar öz bioloji atalarını tanısalar da, onların tərbiyəsində və baxımında əsas məsuliyyəti dayıları daşıyır.

Müasir turizmin və Çin hökumətinin inteqrasiya siyasətinin bölgəyə nüfuz etməsinə baxmayaraq, Mosuo xalqı öz qədim ənənələrini, qadın mərkəzli ailə modelini və evliliksiz azad sevgi fəlsəfəsini bu gün də qoruyub saxlamaqdadır.

REKLAM728×90
Paylaş: