Bakının Xətai rayonu, 8 Noyabr pr, 1212 ci məhəllə, ev 15 ünvanında yerləşən “Azure Residence” yaşayış kompleksində yaşananlar sadəcə məişət problemi deyil, bu, birbaşa məhkəmə qərarına meydan oxumaq və dövlətin hüquq sisteminə qarşı açıq hörmətsizlikdir.İki il öncə məhkəmə tərəfindən idarəçilikdən kənarlaşdırılan “Güvənli Servis” MMC və onun rəhbəri Babək Babayevin kompleksdə hələ də “at oynatması”, sakinlərin hüquqlarını ayaqlar altına alması dözülməz bir vəziyyətdir.Sakinlərin öz mülklərinə girişi, kommunikasiya xətlərinin olduğu ərazilərə keçidi necə və hansı səlahiyyətlə məhdudlaşdırılır? “Veysəloğlu” şirkətinin əməkdaşlarının “Güvənli Servis”dən icazə alınmalı olduğunu bildirməsi, ortada hüquqi baxımdan qüvvədən düşmüş bir qurumun qeyri-rəsmi diktaturasının olduğunu göstərir.Müəmmalı müqavilə: “Veysəloğlu” şirkəti “Güvənli Servis”lə müqaviləsinin olduğunu iddia edir, lakin sənədi ictimaiyyətə təqdim etməkdən qaçır. Nəyə görə? Məhkəmə tərəfindən səlahiyyəti əlindən alınmış bir şəxslə hansı hüquqi əsasla əməkdaşlıq edilir?İmtina və qorxu: Kamera qarşısında danışmaqdan boyun qaçıranların arqumentləri, təbii ki, ciddiyə alınmır. Bu, sadəcə qanunsuzluğun gizlədilməsi cəhdidir.İdarəçilik hüququ sakinlərin yaratdığı “Xətai-48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə keçdiyi halda, Babək Babayev hansı cəsarətlə kompleks üzərində faktiki nəzarəti davam etdirir?Bu vəziyyət suallar doğurur: Məhkəmə qərarları icra məmurları üçün sadəcə bir kağız parçasıdır? Aidiyyəti dövlət qurumları niyə bu özbaşınalığa göz yumur?Əgər bu ölkədə qanun alidirsə, o zaman məhkəmə qərarı dərhal və qeyd-şərtsiz icra edilməlidir. “Azure Residence”də baş verənlər hüquq sisteminə olan inamı sarsıdır. Yüzlərlə sakinin fundamental mülkiyyət və hərəkət hüquqlarının pozulması dövlətin nəzarət mexanizminin effektivliyini şübhə altına alır.Sakinlər cavab gözləyir: “Güvənli Servis” MMC bu binada hansı səlahiyyətlə qanunsuz müdaxilələr edir və bu özbaşınalığa kimlər havadarlıq edir?Mövzunu davam etdirəcəyik. Adı çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Oxşar Xəbərlər
Cərimələrin 5 faizi polislərin sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əlavə olunacaq
Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əlavə olunacaq. Edliyyeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Polis haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub. Dəyişikliyə əsasən, polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə […]
Prezident yeni Fərman imzaladı
“Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən […]
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 122.2.3 və 449.3-cü maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 7-nə […]



