“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Bu gündən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artıb. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il üçün təsdiqlədiyi yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunda öz əksini tapıb. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün […]
Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma cinayət hesab ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosesual Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və […]
Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb. Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib. Xatırladaq ki, Bakı […]