Zamanın tərs axını

Fizika qanunlarına görə, kainatda heç bir maddə işıq sürətini () keçə bilməz. Lakin kvant fizikası və nisbətilik nəzəriyyəsinin riyazi tənlikləri bizə tamamilə fərqli və ağılasığmaz bir pəncərə açır: həmişə işıq sürətindən sürətli hərəkət edən hipotetik zərrəciklər — taxionlar.
Albert Eynşteynin xüsusi nisbətilik nəzəriyyəsinə görə, bir cismin sürəti işıq sürətinə yaxınlaşdıqca onun üçün zaman yavaşlayır, işıq sürətində isə zaman tamamilə dayanır. Riyazi olaraq, bu sürət həddi aşıldıqda zaman koordinatı mənfiyə doğru dəyişir. Bu o deməkdir ki, taxionlar zaman oxu boyunca geriyə doğru hərəkət edir.
Onların dünyasında səbəb-nəticə əlaqəsi tərsdir: əvvəlcə nəticə baş verir, sonra isə ona yol açan səbəb yaranır. Məsələn, taxionlardan ibarət bir mesaj göndərsəniz, qarşı tərəf onu siz hələ göndərmə düyməsinə basmazdan əvvəl oxuyacaq. Hələ ki real olaraq kəşf edilməyən və elmi nəzəriyyələrdə ” xəyali kütləyə” sahib olduğu düşünülən bu zərrəciklər, fizika elminin zaman və reallıq sərhədlərini necə dərindən sorğuladığının ən böyük sübutudur.
