Haqqımızda Reklam Əlaqə
160×600
160×600

YENİ GÜNƏŞLİDƏ TİKİNTİ DƏLƏDUZLUĞU: “DAŞ ABİDƏ” PARKINI KİM MƏHV ETDİ? – YENİLƏNDİ

19 Sentyabr 2026, 21:00 Cəmiyyət
728×90

Faktum.az  xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Fərhad Babayev küçəsində sakinlərin uzun illərdir “Daş abidə” kimi tanıdığı xüsusi park ərazisi qanunsuz tikinti iddiası ilə gündəmə gəlib.

Qəsəbə sakinləri bildirir ki, bir zamanlar bura sakinlər üçün görüş yeri, tanınan bir ünvan olub.

Uzun illər baxımsız qalsa da, bir ay əvvəl ərazidə abadlıq işlərinin aparılacağı deyilib. Lakin abadlaşdırma əvəzinə ərazi şəffaflıqdan uzaq şəkildə hasarlanaraq ictimai-iaşə obyektinin tikintisinə başlanılıb. Sakinlər tərəfindən ucaldılan və xəritələrdə belə “Daş abidə” kimi düşən qaya parçası tamamilə ləğv olunub.

Tikinti sahəsində nə sifarişçi, nə də icazə sənədlərinin əks olunduğu məlumat lövhəsi var. İddialara görə, yeni binanın alt mərtəbəsində avtomobil təmiri sexləri, yuxarı mərtəbələrində isə kafe-restoran fəaliyyət göstərəcək. İş icraçıları sənədlərin olduğunu iddia etsələr də, sənəd təqdim olunmayıb. Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən hələlik rəsmi açıqlama almaq mümkün olmayıb.

 

***

Şəhərsalma və Arxitektura Komitəsinin  (ARXKOM) açıqlaması:

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərhad Babayev küçəsində aparılan tikinti işləri ilə bağlı göndərdiyiniz sorğu ilə əlaqədar bildiririk ki, qeyd olunan ünvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma monitorinqi çərçivəsində araşdırılıb.

Monitorinq zamanı müəyyən edilib ki, qeyd olunan ünvanda yerləşən birmərtəbəli qeyri-yaşayış tikilisi daha əvvəl sökülüb, bundan sonra təxminən 250 kv.m sahədə tikinti işlərinə başlanılıb.

Bildiririk ki, sözügedən ərazidə artıq tikinti işləri dayandırılıb, aşkar edilmiş hallarla bağlı rəsmi müraciətlər isə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə səlahiyyətli dövlət qurumlarına göndərilib.

Tikilinin qarşısında yerləşmiş və materialda “Daş abidə” kimi qeyd olunan daş konstruksiyaya gəldikdə isə, həmin obyekt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil deyil. Mədəni irs obyektlərinin uçotu, qorunması və mühafizəsi ilə bağlı məsələlər isə müvafiq səlahiyyətli dövlət qurumlarının səlahiyyətlərinə aiddir.

728×90
Paylaş: