“Təbib” bitkilərimiz

Azərbaycanın ərazisi yalnız yeraltı sərvətləri ilə deyil, eyni zamanda zəngin yerüstü florası ilə dünyanın bir çox ölkələrini geridə qoyur.
Təbiətimizin bizə bəxş etdiyi zəngin bitki örtüyü, qədim xalq təbabətinin əsas bazası olub. İstər mətbəxdə, istər təbabətdə, istər məişətdə baba-nənələrimiz bitkilər üzərində böyük təcrübə keçərək, onu günümüzə qədər gətiriblər.
Bu gün biz sizə qədim xalq təbabətindən, nənələrin şəfa boxçasından günümüzə qədər gəlmiş BOYNADƏRƏN otu və onu misilsiz faydalarından bəhs edəcəyik.
Boymadərən bitkisi Azərbaycanın bütün bölgələrində bitir. Təbiətdə sarı və ağ rəngdə iki növü var. Kəskin qoxuya malikdir. Faydalarına gəlincə, saymaqla bitən deyil.
Boymadərənin çiçəkləri mədə-bağırsaq pozulması, ishal, həzm sistemində yaranan problemlərdə əvəzsizdir. Yarpaqları isə qanaxmanın dayandırılması da bənzərsiz üstünlüyə sahibdir. Bitkinin çiçəkləri və yarpaqları həm yaş, həm də quru şəkildə istifadə edilir.
Ordubad rayonunda isə bu bitkiyə xüsusi hörmət və tələbat var. Ordubadın qədim insanları misdən hazırlanan sərpic deyilən qab vasitəsi ilə bitkinin tərini toplayırdılar. Müasir dövrümüzdə texnika fərqli olsa da, o ənənə davam edir. Bitkidən alınan fistula edilmiş suya yerli əhali “boymadərən arağı” (tərkibində spirt yoxdur) adlandırırlar. Toplanmış araq qış boyu yalnız xəstəliklərdə deyil, bayram süfrələrində plovunu yanında şərbət kimi hazırlanıb, süfrəyə verilir. Ağır yeməklərdən sonra boymadərən “arağından” hazırlanmış şərbət həzmin sürətlənməsinə çox müsbət şəkildə dəstək olur.
Təbiətimizin minlərlə kəşf olunmamış bitki , ağac növləri vardır ki, ən qorxulu xəstəlik hesab edilən xərçəngi müalicə edir.
Bu haqda növbəti dəfə.
Tərifə Şükürqızı
