Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Sərkərdə nəslinin davamçısı: Bəyzadəsindən Sovet diviziya komandirinədək – Cəmşid Naxçıvanski

10 Avqust 2026, 09:00 Manşet
728×90

Faktum.az xəbər verir ki, avqustun 10-u Azərbaycan hərb tarixinə parlaq səhifələr yazmış görkəmli hərbi xadim, diviziya komandiri, general-mayor Cəmşid Naxçıvanskinin doğum günüdür.

1895-ci ildə Naxçıvan şəhərində tanınmış Kəngərlilər nəslində, süvari generalı Cəfərqulu xan Naxçıvanskinin ailəsində dünyaya göz açan Cəmşid, uşaqlıqdan hərbi mühitdə böyüyərək öz ömrünü Vətənə və hərb sənətinə həsr etmişdir.

İbtidai təhsilini ailədə və Tiflis Real Məktəbində alan Cəmşid Naxçıvanski, daha sonra Yelizavetqrad Suvorov Hərbi Məktəbini bitirərək Birinci Dünya Müharibəsində “Vəhşi diviziya”nın (Çar Rusiyasının Tyer Suvari Diviziyası) tərkibində Qafqaz Yerli Süvari Alayında qəhrəmanlıqla döyüşmüşdür. göstərdiyi şücaətlərə görə o, IV dərəcəli “Müqəddəs Anna” və digər yüksək ordenlərlə təltif olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hərbi xidmətini davam etdirən Naxçıvanski, Əriyyə süvari polkunun komandiri kimi Şuşa, Qarabağ və Zəngəzur bölgələrində erməni-daşnak quldurlarına karşı aparılan ağır döyüşlərdə mühüm rol oynamış, ərazinin müdafiəsini təmin etmişdir.

Azərbaycanın Sovetləşdirilməsindən sonra da hərbi bilik və təcrübəsindən istifadə olunan Cəmşid Naxçıvanski, 77-ci Azərbaycan Dağ-Atıcı Diviziyasının təşkilatçısı və komandiri olmuş, minlərlə azərbaycanlı gəncin peşəkar hərbçi kimi yetişməsində müstəsna xidmətlər göstərmişdir. Məşhur Frunze adına Hərbi Akademiyanı bitirdikdən sonra həmin akademiyada ümumi taktika kafedrasının müəllimi və fakültə rəhbəri kimi fəaliyyət göstərən ilk azərbaycanlı generallardan biri olmuşdur. Neqativ siyasi təqiblər dövründə, 1938-ci ildə represiyaya məruz qalaraq günahsız yerə güllələnsə də, onun adı Azərbaycanın hərb tarixinə, cəsarət və sərkərdəlik rəmzi kimi həkk olunmuşdur.

728×90
Paylaş: