Platonik sevgi

Antik fəlsəfədən müasir psixologiyaya ruhi və mənəvi bağlılıq anlayışı
Faktum.az xəbər verir ki, müasir dildə romantik və fiziki cəhətdən gözləntisi olmayan, yalnız mənəvi və ruhi bağlılığa söykənən münasibətləri ifadə edən “platonik sevgi” anlayışının kökləri Antik Yunan fəlsəfəsinə – Platonun məşhur “Ziyafət” (Symposion) dialoquna dayanır.
Platon bu əsərində sevgini (Eros) pilləli bir inkişaf prosesi kimi təsvir edərək, insanın ilk növbədə fiziki gözəlliyə vurulduğunu, lakin fəlsəfi təfəkkür dərinləşdikcə bu hissin ruhi gözəlliyə, zəkaya və nəhayət, “mütləq gözəllik və xeyir” ideyasına yüksəldiyini müdafiə etmişdir. İntibah dövründə Florensiya akademiyasının alimi Marsilio Fino tərəfindən “Amor Platonicus” kimi latınlaşdırılan bu termin, fiziki həzzlərdən arınmış, sırf intellektual və mənəvi dostluğu simvolizə etməyə başlamışdır.
Müasir psixologiyada və sosial elmlərdə platonik sevgi cinsi və romantik gözləntilərin olmadığı, qarşılıqlı etimad, emosional dəstək və dərin ruhi yaxınlığa əsaslanan sağlam fərdi münasibətlər modeli kimi dəyərləndirilir. Müasir psixoloqlar bu cür bağlılığın insanın emosional zəkasını inkişaf etdirdiyini və fərdlər arasında uzunmüddətli, sarsılmaz dostluq bağlarının yaranmasında həlledici rol oynadığını bildirirlər.
