Parklanmada “saat oyunu”. 1 saat tamam olmamış növbəti saatın ödənişi tələb olunur?

Parklanmada “saat oyunu”. 1 saat tamam olmamış növbəti saatın ödənişi tələb olunur?
Son zamanlar paytaxtda və digər ərazilərdə fəaliyyət göstərən ödənişli parklanma zonalarında sürücülərin ən çox qarşılaşdığı və narazılıq etdiyi məsələlərdən biri vaxtın yanlış hesablanmasıdır. Avtomobili park edən sürücü 1 saat tamam olmamış artıq “parklanma müddəti növbəti saata keçir” xəbərdarlığı alır. Bəs bu tətbiq nə dərəcədə hüquqidir və sistemdəki bu fərq haradan qaynaqlanır?
Sürücülərin bildirdiyinə görə, parklanma tətbiqi və ya SMS vasitəsilə daxil olan bildirişlər əksər hallarda 45–50-ci dəqiqələrdə, yaxud 60 dəqiqə tamam olmamış gəlir. Mesajda parklanma müddətinin növbəti saata keçdiyi və əlavə ödənişin hesablandığı qeyd olunur.

Bu vəziyyət sürücülərdə haqlı olaraq sual doğurur: Hələ istifadə etmədiyim vaxt üçün niyə ödəniş etməliyəm?
Azərbaycan Respublikasının qanunvericiliyinə və istehlakçı hüquqlarının qorunması prinsiplərinə əsasən, xidmət haqqı faktiki göstərilən xidmətə və vaxta uyğun hesablanmalıdır.
Əgər sürücü parklanma yerində 60 dəqiqədən az vaxt keçiribsə, ondan 2-ci saatın haqqının tələb edilməsi və ya vaxtın vaxtından əvvəl növbəti saata yuvarlaqlaşdırılması hüquqi baxımdan nə dərəcədə doğrudur?

Şəhla İlkay
