Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Oğlunun “Cümə axşamı” səhnədə Leylini oynadı.

07 İyul 2026, 12:35 Mədəniyyət
728×90

Faktum.az:  Günümüzün günümüzü qara edən “sənətkarları” el şənliklərində iki bayağı mahnı oxumaqla, özlərini dünya ulduzu hesab edirlər. Təbii ki, belə də olmalıdır. Çünki onların nə elmi, nə də mənəvi dünyaları yetmir ki, kənardan özlərinə diqqət edib, kim olduqlarını görə bilsinlər.

Onlar ,sənətin hansı səviyyədə durduğunu, sənət üçün əsl sənətkarların nələri qurban edib, nələrdən keçdiklərini oxuyub öyrənməyə toylardan vaxt tapa bilmirlər. .Onlar haradan bilə bilərlər ki, 1941-45-ci il müharibəsində kimliyindən asılı olmayaraq oğullarının cəbhədən qara xəbərləri gəlsə də, acısını içində boğub, xalqa xidmət etməyə borclu olan sənət  fədailəri yaşayıblar. Onlar haradan bilsinlər ki, belə böyük sənətkarlardan biri,nadir səs sahibi Yavər xanım Kələntərli adlı səhnəmizin əvəzsiz Leylisi olub.

Həmin illərdə  afişalar “Leyli və Məcnun” operasının anonsunu verirdi  və Leyli rolunun ifaçısı Yavər  xanım idi. Müharibənin odlu-alovlu içərisində, xalqın ruh yüksəkliyini qorumaq zamanın ən vacib tələbi idi. Nəhayət tamaşanın başlamasına sayılı günlər qaldığı anda, Yavər  Kələntərli cəbhədən oğlunun “qara kağız”ını aldı. Tamaşa günü oğlunun Cümə axşamı məclisinə təsadüf edən sənətkar, səhnədə tamaşaçı önündə Leyli olaraq, pərdə arxasında ana olaraq fəryad etdi. Tamaşa sonunda tamaşaçı önündə gülər üzlə baş əyib, alqışları qəbul etdi və kimsəyə “məni tanımaq Azərbaycan xalqının boynunun borcudur” demədi (Rəqsanə İsmayılova kimi). Biz də onu və onun kimi əvəzolunmaz sənətkarları tanımağa cəhd etmədik.  Gəlin azacıq da olsa böyük insanların həyatına fənər salaq.

Tərifə  Şükürqızı.

728×90
Paylaş: