Niyə milyarderlərlərdən vergi tutulmur?

Dünyanı idarə edən maliyə sistemi, sözün əsl mənasında milyarderləri qoruyur.
Bunu hansı formada etdiyi isə çox sadədir.
Milyarderlərin texniki olaraq nağd pulları yoxdur. Bütün sərvətləri hissələri üzərində cəm olunub. Belə sərvət, gerçəkləşməsi sərvət hesab olunur.
Onlar, yeni bir iş qurmaq istədikdə, nağd şəkildə ödəniş edib, külli miqdarda vergi ödəməkdən yaxa qurtarmaq üçün, banklardan külli miqdarda kredit götürürlər. Qarşılığında sahib olduqları hissələrini girov olaraq göstərirlər.
Bu gün dünyanın ən varlı insanı Elon Musk 1,4 trilyon sərvətə sahibdir. Teslanın hissələri ilə bankdan istədiyi miqdarda vəsaiti asanlıqla əldə edib, 44 milyard dollarlıq Twitteri satın aldı. Beləcə, dövlətin dayaq sütunu olan vergidən asanlıqla yayındı.
Əlbətdə, bu illərcə düşünülmüş bir sistemdir və dəyişməz qanunları var. Siz isə sərvətimiz artırmaq üçün hər zaman bir yol tapa bilərsiniz. Tam milyarderlərin etdiyi kimi, böyük sərvətlərlə olmasa da, kiçik addımlarla başlaya bilərsiniz.
Sadəcə onu unutmayın ki, vicdanlı bankirlərlə qarşılaşmaq milyonu qazanmaqdan daha çətindir. Birdə baxarsınız “it də gedib, ip də”. Əvəzində vergi borcu bataqlığında boğulursunuz.

Tərifə Şükürqızı
