Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Milli maraqların keşiyində 107 il: Azərbaycan diplomatlarının peşə bayramıdır

09 İyul 2026, 09:02 Cəmiyyət
728×90

Faktum.az xəbər verir ki, bu gün – 9 iyul Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.

Müasir müstəqil Azərbaycan dövlətinin xarici siyasət kursunun uğurla reallaşdırılmasında müstəsna rolu olan milli diplomatiyamızın yaradılmasından bu il tam 107 il ötür. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsini (arxivlərdə nazirliyə aid tapılan ilk rəsmi sənəd) əsas götürərək, Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə məhz bu tarix diplomatların peşə bayramı günü kimi təsis edilib.

Cümhuriyyət dövründə Bakıda 16 xarici dövlətin nümayəndəliyi ilə fəaliyyətə başlayan milli diplomatiyamız SSRİ-nin qurulması ilə müstəqil fəaliyyətini dayandırsa da, ötən əsrin sonlarında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən xarici siyasət strategiyası sayəsində yenidən ayağa qalxıb və beynəlxalq arenada ölkəmizin suverenliyinin ən güclü müdafiəçisinə çevrilib. Bu gün xarici ölkələrdə və beynəlxalq təşkilatlarda cəsarətlə fəaliyyət göstərən, Azərbaycanın ərazi bütövlüyünü, iqtisadi və siyasi maraqlarını qlobal müstəvidə layiqincə qoruyan bütün diplomatik korpus əməkdaşlarını

Faktum.az komandası olaraq ürəkdən təbrik edir, bu şərəfli və məsuliyyətli missiyalarında yeni-yeni uğurlar arzulayırıq!

728×90
Paylaş: