İçəridən bağlanmış qapının sirri – Mayakçıları kim aparıb?

1908-ci ildə Şotlandiyanın Kinkardinşir sahillərində baş vermiş “Fayt Ness Mayakı müəmması” dənizçilik tarixinin en müəmmalı hadisələrindən biridir.
Flannan adalarında yerləşən bu mayakda 3 təcrübəli mayakçı -Tomas Marşall, Ceyms Dokat və Donald Makartur xidmət edirdi. Hadisə dekabrın 15-də, ərazidən keçən bir gəminin mayakdan heç bir işıq siqnalı gəlmədiyini qeydə alması ilə başladı.
Nadir fırtınalar səbəbindən köməkçi heyət adaya yalnız dekabrın 26-da çata bildi. Ada sahilinə çıxan xilasedicilər dəhşətli və izaholunmaz bir mənzərə ilə qarşılaşdılar.
Mayakın qapısı içəridən bağlannışdı, mətbəxdəki masanın üzərində toxunulmamış yemək və yarıbayarı içilmiş çay stəkanları dururdu.
Otaqdakı saatlar dayanmışdı. İki mayakçının yağış paltoları yox idi, lakin ən təcrübəli mayakçı olan Makarturun paltosu asılqandan asılmışdı – bu o demək idi ki, o, kəskin şaxtada çölə paltosuz çıxmışdı.
Logbukda (xidmət dəftərində) Tomas Marşall yazmışdı: “Dəhşətli bir fırtına kükrəyir. Əvvəllər belə külək görməmişdim. Dokat çox sakitdir, Makartur isə ağlayır.”
Təcrübəli dənizçilərin fırtınaya görə ağlaması tamamilə qeyri-adi idi. Son qeyd isə dekabrın 15-i günorta yazılmışdı: “Fırtına bitdi. dəniz sakitdir. Tanrı hər şeyə qadirdir.”
Hadisənin ən qəribə tərəfi odur ki, həmin günlərdə ətraf bölgələrdəki meteoroloji stansiyalar hər hansı fırtına qeydə almamışdılar. Hava tamamilə açıq və sakit olmuşdu.
Hər üç mayakçı geridə heç bir iz qoymadan yoxa çıxmışdı. Rəsmi təhqiqat onların anidən yaranan nəhəng bir dalğa tərəfindən dənizə düşdüyünü ehtimal etsə də, mayakçıların nəşləri tapılmadı. Qapalı məkanın daxilindəki mənzərə bu günə qədər cavabsız qalır.

Şəhla İlkay
