Haqqımızda Reklam Əlaqə
160×600
160×600

FHN-dən bir gecədə dörd müqavilə

08 İyul 2026, 12:15 İqtisadiyyat
728×90

Faktum.az dövlət satınalmaları portalına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsi azad edilmiş ərazilərdəki mühüm dövlət obyektlərinin tikintisi üçün heç bir açıq müsabiqə və tender keçirmədən, şübhəli şəkildə bütün layihələri tək bir şirkətə ötürüb.

8 iyul 2026-cı il tarixində sistemə daxil edilən rəsmi sənədlərə görə, Ağdərə, Kəlbəcər və Laçın rayonlarında aparılacaq strateji işlərin layihə-smeta sənədlərinin hazırlanması rəqabətsiz mühitdə, birbaşa “bir mənbədən satınalma” metodu ilə “RR PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1601883041) həvalə edilib. Cəmi bir neçə ay ərzində (30 dekabr 2026-cı ilə qədər) yekunlaşmalı olan 4 müqavilənin ümumi maliyyə dəyəri 383 min 28 AZN təşkil edir ki, bu vəsaitdən Sərsəng və Suqovuşan su anbarlarının mühafizəsi üçün tikiləcək inzibati binaya 144 min 78 AZN, Laçındakı Yanğından Mühafizə Hissəsinə (3 çıxışlı) 109 min 32 AZN, Kəlbəcərdəki analoji obyektə 107 min 970 AZN, Suqovuşandakı dalğıc-axtarış qrupunun binasına isə 21 min 948 AZN ayrılıb.

İşlərin başlama tarixi rəsmi olaraq 7 iyul 2026-cı il göstərilir. İctimai vəsaitlərin hansı kriteriyalar əsasında və hansı səbəbdən məhz bu şirkətə rəqabətsiz şəkildə yönləndirilməsi, həmçinin tender prosesinin niyə yan keçilməsi sualları hazırda medianın ciddi diqqət mərkəzindədir.

728×90
Paylaş: