Faktum TV-də Sevinc Məmmədova ilə səmimi söhbət: Ağ xalatın arxasındakı insan əslində kimdir?

Hər gün onlarla insanın dərdini, psixoloji travmalarını və daxili fırtınalarını çiyinlərində daşıyan bir psixoloq gündəlik həyatda necə biridir? Biz onu peşəkar uğurları, rəsmi titulları və ağ xalatı ilə tanıyırıq. Bəs bu maskaların arxasında gizlənən real Sevinc Məmmədova kimdir?
İnstagram: https://www.instagram.com/emdr_terapevt_sevinc?igsh=Ym10a3c4NWl5M3pw&utm_source=qr
Faktum TV-nin növbəti buraxılışında tanınmış psixoloq Sevinc Məmmədova ilə cəmiyyətimizi düşündürən, bəzən isə danışmaqdan çəkindiyimiz ən həssas mövzulardan danışdıq və ən səmimi suallara cavab tapdıq.

Müsahibədə “psixoloq” rejimini gündəlik həyatda söndürməyin çətinliklərindən, ilk seansda nəzəriyyə ilə canlı insanın acısının toqquşmasından, cəmiyyətimizin ortaq psixoloji ağrılarından və mental kilidlərdən bəhs olunub. Virtual dostların çox olduğu bu dövrdə klinikaların qapısındakı tənhalıq növbələrinin səbəbini araşdırdığımız, hər kəsin ruhunu sağaldan Sevinc xanımın öz daxili çıxmazlarında kimdən kömək aldığını öyrəndiyimiz bu eksklüziv söhbəti təqdim edirik. Müsahibəni tam olaraq aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz:
