Evinizin QUA-sı

Məlumdur ki, canlı, cansız, bütün cisimlər enerji daşıyır. Daşıdığı enerji kainata buraxdığı dalğa ilə fikir formalaşdırır. İnsanlarda bu enerji AURA adlanır. Cansız varlıqlarda isə QUA olaraq bilinir.
Hər bir əşyanın qudasının müsbət və mənfi istiqamətləri olduğunu da unutmaq olmaz. Ən əsası isə, evimizin quasını düzgün bilməyiniz vacib şərtdir.
Keçmiş insanlar ev tikərkən, mütləq istixarə edərdilər. Onlar heç də cahil deyildilər. Tam əksi olaraq, çox müdrik idilər ki, inşa etdikləri evin quasını düzgün təyin edirdilər Bəli, onlar qua kəlməsininin nə olduğunu bilmirdilər. Bildikləri bir şey var idi. Ev elə inşa etməlidirlər ki, bol günəş işığı daxil olsun.
Qua elmini bilənlər, bunun açıqlaması elmi olaraq belə əsaslandırır. Evin müsbət quası yönündə tikilən yataq, qonaq, yemək otaqları, insanın həm fiziki, həm ruhi sağlığına böyük fayda verir. Əks olduqda isə, evdə xəstəlik, bitməyən qalma-qal, yoxsulluq, hörmətsizlik, itaətsizlik, cahillik hökm sürər.
El dilində isə “uğurlu, udursuz ev” kimi söylənilir. Evin mənfi quasına hamam, tualet, yardımçı tikililər yerləşdirilirdi.
Məhz bu səbəbdəndir ki, yaxın keçmişimizin kiçik palçıq evlərinin yaşatdığı xoşbəxtliyi, hər bir şəraiti olmasına baxmayaraq, günümüzün qutu-qutu modern evleri yaşada bilmir. Demək ki, günümüzün evlərinin quaları mənfi istiqamətə yönəlmişdir.
Görünür bilik tərəzisində bir hərfi tanımayan babalarımızın memarlıq elmi, bizim qalaq-qalaq diplomlarımızdan daha ağır kəçir.

Tərifə Şükürqızı
