“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb.

Faktum.az-ın  “Unikal”dan əldə etdiyi məlumata görə, bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

ASCO-dan sorğumuza cavab olaraq bildirilib ki, Rəşad Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.