Edliyyeinfo.az: Tarixdə elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrlə məhdudlaşmır, gələcək nəsillərin taleyinə də istiqamət verir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə dahi dövlət xadimlərindən biridir. Onun adı müstəqil Azərbaycanın quruculuğu, dövlətçiliyin möhkəmləndirilməsi və milli birliyin təmin olunması ilə ayrılmaz şəkildə bağlıdır. Bu gün Heydər Əliyevin doğum gününü qeyd edərkən, […]
Month: İyun 2026
Heydər Əliyevin İdarəçilik fəlsəfəsində dialoq və uzlaşma: Mediasiya prinsiplərinə baxış
Edliyyeinfo.az: Azərbaycan tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biri olan ulu öndər Heydər Əliyevin doğum günü təkcə onun siyasi fəaliyyətini xatırlamaq üçün deyil, həm də dövlət idarəçiliyinə gətirdiyi yanaşmaları yenidən dəyərləndirmək üçün əhəmiyyətli bir fürsətdir. Bu yanaşmalar arasında xüsusilə uzlaşma, dialoq və balans prinsipləri diqqət çəkir ki, bu da müasir dövrdə Mediasiya anlayışı ilə yaxından səsləşir. […]
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir. Edliyyeinfo.az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni – 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb. Layihəyə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə […]
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət […]
Prezident bu sazişi təsdiqlədi
“Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb. Sənədə əsasən, 2026-cı il fevralın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Onları 7 min manatadək cərimə gözləyir
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara dəyişikliyi imzalayıb. Sənədə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə […]
Onların dövlət məvacibi yeni qaydada müəyyənləşir
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi yeni qaydada müəyyənləşir. Edliyyeinfo.az xəbər verir ki, bu barədə “Diplomatik xidmət haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişikliyə görə, onların məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı […]
Məhkəmə Hacı Əliyevə bu cəzanı verdi
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Edliyyeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, H.Vəliyevə qarşı əmlakın məhv edilməsi ilə bağlı ittiham ləğv olunub. O, xuliqanlıqda (silah qismində əşyadan istifadə etməklə-maddə 221.3) təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum […]
Lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırılır
Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Edliyyeinfo.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Bu sektora da tənzimləmə gətiriləcək, sadəcə normativ-hüquqi bazanın razılaşdırılması müəyyən vaxt tələb edir”, – deyə o qeyd edib.
Azərbaycanda bu kəndlərin adı dəyişdirilir
Qubada üç kəndin adı dəyişdirilir. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Qubanın Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılacaq.










