Prezident İlham Əliyev Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb. Edliyyeinfo.az xəbər verir ki, Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb. Fərmanla müəyyən edilib ki, Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı […]
Month: İyun 2026
WUF13 üçün qeydiyyatdan keçənlərin nəzərinə! - Sabahdan etibarən...
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərə 14 may tarixindən etibarən Akkreditasiya və Qeydiyyat Mərkəzində akkreditasiya kartlarının verilməsinə başlanılacaq. Edliyyeinfo.az xəbər verir ki, tədbirin keçirildiyi məkan – Bakı Olimpiya Stadionunda yerləşən mərkəz WUF13 iştirakçılarının qeydiyyatı, akkreditasiyası və məlumatlandırılması prosesinin vahid və operativ şəkildə həyata keçirilməsini təmin edəcək. […]
Prezident yeni Fərman imzaladı
“Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən […]
Azərbaycanda banklarla bağlı yeni qərar
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklarda stres-testlərin aparılması Qaydası”nı təsdiq edib. Edliyeinfo.az AMB-yə istinadən xəbər verir ki, məqsəd “2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılmasıdır. Qayda mütərəqqi beynəlxalq təcrübə, o cümlədən Bazel Komitəsinin və Avropa Bank Nəzarəti Orqanının prinsipləri nəzərə […]
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Tramvay uzun müddətdir müzakirə olunan mövzulardan biridir. 2025–2030-cu il dövlət proqramında tramvay haqqında xüsusi maddələr qeyd olunub. Edliyyeinfo.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində deyib. O bildirib ki, hazırda tramvayın konseptual planı hazırlanır. İlkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə alternativ […]
Babək Babayevə qanun işləmir? - VİDEO
Paytaxtın Xətai rayonu 8 noyabr prospektində yerləşən “Azure Residence” yaşayış kompleksinin sakinləri Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(102)-1424/2025 nömrəli qərarı ilə qüvvədə saxlanılmış və icrası məcburi olan yekun hüquqi sənəd statusu almış qərarın icra olunmaması və kompleksdə baş verən qanunsuz müdaxilələrlə bağlı ictimai […]
ADSEA-nın rəqəmsal xidmətləri “mygov”a inteqrasiya edilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Edliyyeinfo.az xəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində mayın 12-dən etibarən “e-Su” […]
8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş tədbir barədə məlumat
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə 8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilir. İSİM-də 7 may 2026-cı il tarixdə təşkil edilən tədbirdə dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatları (QHT), kütləvi informasiya vasitələri (KİV), vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, talassemiyalı şəxslər […]
“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda təlim keçirildi
10 may 2026-cı il tarixində Bakı şəhərində yerləşən “Golden Street Hotel”də media nümayəndələri üçün “Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda hüquqi maarifləndirici təlim keçirilib. Hüquqşünas Zaur Quliyevin iştirakı ilə baş tutan təlimdə jurnalistlərin peşə fəaliyyəti zamanı qarşılaşdıqları hüquqi məsələlər, media nümayəndələrinin hüquq və vəzifələri, informasiya əldə etmə hüququ, diffamasiya və təhqirlə bağlı hüquqi məsuliyyət, eləcə də media […]










