Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması qaydalarında dəyişiklik edilib. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl hamilə, 14 yaşına çatmamış uşağı, yaxud əlilliyi olan uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə […]
Sənədlər
Prezident Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını təsdiq etdi
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 23-də qəbul etdiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Edliyyeinfo.az xəbər verir ki, dəyişiklik Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur. Qanuna əlavə ediləcək yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından […]
Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır
Gəncə şəhərinin və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkı yaradılır. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılması məqsədilə Gəncə şəhərinin və Şəmkir […]
2026-cı il üçün ehtiyac meyarının həddi müəyyən ediləcək
2026-cı il üçün ehtiyac meyarının həddi müəyyən ediləcək. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Sənədə əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. […]
Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək
2027-2029-cu illərdə Sumqayıt şəhərində yeni tullantı sutəmizləyici qurğunun tikintisi planlaşdırılır. Edliyyeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Sənədə əsasən, proqram çərçivəsində ilkin olaraq layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə […]
İlham Əliyevdən Cahangir Novruzovla bağlı – Sərəncam
Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Xalq artisti Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xalq artisti bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməs
İordaniya ilə bu İcraedici Əməkdaşlıq Proqramı təsdiqləndi
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025–2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı”nın təsdiq edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, 2025-ci il noyabrın 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti […]
Aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbi təsdiq edildi
Prezident İlham Əliyev Milli Məclisin ötən il dekabrın 19-da qəbul etdiyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib. Edliyyeinfo.az xəbər verir ki, dəyişiklik “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun icrası ilə əlaqədardır. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində edilmiş dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısından kənd təsərrüfatı […]
Milli Qvardiyaya yeni komandan təyin olundu
Azərbaycan Milli Qvardiyasına yeni komandan təyin edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı müvafiq Sərəncam imzalanıb. Sərəncama əsasən, polkovnik Ramin Babayev Milli Qvardiyanın komandanı kimi təsdiqlənib. Milli Qvardiya Prezidentin Təhlükəsizlik Xidmətinə tabedir. R. Babayev də bu təyinatadək həmin Xidmətin kadrlar idarəsinin rəisi işləyib. Qeyd edək ki, Milli Qvardiyanın əvvəlki komandanı general-mayor Akif Yusifov bu yaxınlarda […]










