Info MƏHKƏMƏ Prezident

Onların da maaşı artırılacaq

Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflər hazırlanacaq. Bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”ında öz əksini tapıb. Ekspert peşəsinin xüsusiyyətləri nəzərə alınaraq onların sosial müdafi əsinin gücləndirilməsi, vəzifələrinin nümunəvi icrasının qiymətləndirilməsi məqsədilə təkliflər hazırlanması, […]

Ədliyyə Info MƏHKƏMƏ Prezident

Məhkəmə ekspertizası sahəsinin inkişafına dair beş illik konsepsiya təsdiqləndi

Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya təsdiqlənib. Edliyyeinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Nazirlər Kabinetinə konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, eləcə də icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini […]

Info MƏHKƏMƏ

Ali Məhkəmədən xarici hökmlərin ölkəmizdə tanınmasına dair mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası xarici hökmün tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Edliyyeinfo.az  xəbər verir ki, Rusiya istintaq oraqanları tərəfindən irəli sürülmüş ittiham əsasən, şəxs 2007-ci il 11 avqust tarixində Rusiyanın Rostov vilayətində tanışı Y. Kovalevanın evinə qanunsuz daxil olaraq oğurluq etməyə cəhd edib. Hadisə zamanı onu görən […]

Info MƏHKƏMƏ

Azərbaycanda 3 uşağı olan anaların daha tez pensiyaya çıxması təklif olunur

“Erkən təqaüdə çıxmaq məsələsi aktualdır. İndi 5 uşağı olan anaların sayı çox azdır”. Edliyyeinfo.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. “Ona görə də erkən təqaüdə çıxmaq 3 və daha çox uşağı olan analara şamil edilsə, daha yaxşı olar”, – deyə deputat bildirib.

Info MƏHKƏMƏ

Azərbaycanda bu məhkəmələrə hakimlər təyin edilib

Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin edilib. Edliyyeinfo.az  xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Cəmilova Xəyalə Adil qızı, Hüseynov Zaur Nazim oğlu Bakı Apelyasiya Məhəkəməsinin hakimləri vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin edilib. Həmçinin, Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlər təyin olunub. Bakı Apellyasiya Məhkəməsinə […]

Info MƏHKƏMƏ

Məhkəmə-Hüquq Şurasının iclası keçirildi

2025-ci ilin sentyabrın 30-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və hazırda icraatda olan layihələr barədə məlumat verib. İclasda “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası” və “Azərbaycan Respublikası məhkəmələri tərəfindən xüsusi məlumatların verilməsi Qaydaları” layihələri […]

Info MƏHKƏMƏ

Ali Məhkəmədən mühüm qərar: Cinayət törədən şəxs hansı halda təqsirsiz sayılır?

“Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir”. Bu barədə məlumat Azərbaycan Respublikasının Ali Məhkəməsi konkret […]

Info MƏHKƏMƏ Sənədlər

Bu halda vətəndaşdan lizinq ödənişi tələb edilə bilməz – Ali Məhkəmə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası lizinq müqaviləsi əsasında istifadə olunan avadanlığın məhv olması ilə bağlı mübahisəyə üzrə mühüm qərar qəbul edib. Qərarda göstərilib ki, lizinq predmetinin lizinq alanın iradəsindən və nəzarətindən kənar, obyektiv səbəblər, o cümlədən müharibə şəraiti nəticəsində məhv olduğu hallarda lizinq alan şəxs bu əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyini daşımır. […]

Info MƏHKƏMƏ

Femida Könüllüləri üçün Xətai Rayon Məhkəməsində mülkiyyət hüququna dair təlim keçirilib

Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Xətai Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün hakim Şəhriyar Əliyev tərəfindən “Birgə mülkiyyət və paylı mülkiyyət hüququ” mövzusunda təlim keçirilib. Edliyyeinfo qeyd edir ki, təlim zamanı könüllülərə pay bölgüsünün hüquqi əsasları, məhkəmə icraatında tətbiqi qaydaları, işlərin məhkəmə baxışına hazırlanması və yekun qərarların qəbul olunması ilə bağlı ətraflı məlumat […]