Info MƏHKƏMƏ

727 min manatdan çox pul vəsaitini qanunsuz leqallaşdıran Rusiya vətəndaşına hökm oxundu

Banklardan birindən cinayət yolu ilə 727 min manatdan çox pul vəsaitini qanunsuz leqallaşdırmada təqsirləndirilən Rusiya vətəndaşı Vaysero Aleksandr Vladimiroviçin məhkəməsi yekunlaşıb.  Edliyyeinfo.az-ın  “Unikal”dan əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan […]

Info MƏHKƏMƏ

Azərbaycanda bu şəxslərə yalnız bir dəfə mənzil veriləcək

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Edliyyeinfo.az  xəbər verir ki, işin hallarına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli […]

Info MƏHKƏMƏ

Azərbaycanda tikinti şirkətləri ilə bağlı yeni qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib. Edliyyeinfo.az  xəbər verir ki, iş materiallarına əsasən, tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 19,6 […]

Info MƏHKƏMƏ

İş yoldaşını bıçaqlayan şəxsə şərti cəza verildi

İş yoldaşını “işverən”sən sözünə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən, Röyal İbrahimova 3 il müddətinə şərti cəza verilib. Qeyd edək ki, hadisə ötən il Sulutəpə qəsəbəsində baş verib. Belə ki aralarında yaranmış mübahisə zamanı Röyal […]

Info MƏHKƏMƏ

Maliyyə Nazirliyinə qarşı dələduzluq edənlərin məhkəmə işi

Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Əzimov Elnur, Adgözəlov Emin və Qarayev Nazimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Elnur Əzimov ifadə verib. “Günel adında bir xanımla şəxsi münasibətlərim var idi. O, Şamil Kamil oğlu ilə əlbir olaraq çek çap […]

Info MƏHKƏMƏ

Anasını qab yuduğu yerdə, bu sözlərinə görə öldürüb - Dəhşətli qətlin təfərrüatı

Şəmkirdə baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Edliyyeinfo.az–ın məlumatına görə, anasını küt alətlə qətlə yetirən Anar Allahverdiyevin psixoloji problemləri olub. Mərhumun yaxınlarının sözlərinə görə, hadisə vaxtı evdə Anar Allahverdiyev ilə  anası Çiçək Sərdarova ikisi olub. Anar Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin bitirib.O işə qəbul olmaq üçün bir neçə dəfə imtahan verib. Lakin bütün imtahanlardan kəsilib. Yaxınları onu […]

Info MƏHKƏMƏ

Ekoloji hüququ pozulan vətəndaş kompensasiya tələb edə bilər-QƏRAR

Ali Məhkəmə 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında sağlam ətraf mühitdə yaşamaq hüququna dair izahlar verib. Ali Məhkəmədən verilən məlumata görə, qərarda qeyd edilib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir. Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının […]

Info MƏHKƏMƏ

Elçin Abdullayevin məhkəməsi oldu

Tanışını qətlə yetirməkdə təqsirləndirilən Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib. Şahid Qabil Ibrahimov Kliniki Tibbi Mərkəzində həkim işlədiyini bildirib: “2021-ci il 4 dekabr Samir Məmmədovu kəllə-beyin travması ilə qəbul edərək əməliyyata aldıq. O təxminən 1 ay komada qaldı. […]

Info MƏHKƏMƏ

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən  verilən məlumata görə, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 122.2.3 və 449.3-cü maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 7-nə […]

Info MƏHKƏMƏ

"Nuranə anama dedi ki, "oğlunuzu atamla birlikdə öldürmüşük, gəlin meyitini aparın" - Məhkəmə işi

Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və qızı Nuranə Məhərrəmovanın cinayət işi üzrə növbəti iməhkəmə  prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda qətlə yetirilən Ədil Məhərrəmovun qardaşı Vuqar Məhərrəmov şahid qismində ifadə verib. “İşdə idim, dedilər ki, qardaşına nəsə olub. Sonra bildim ki, qətlə yetirilib. Çıxdım getdim ora. Nuranə […]