Ədliyyə Nazirliyində keçirilən tədbir çərçivəsində nazir Fərid Əhmədov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında” 22 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən medalla təltif olunmuş əməkdaşları qəbul edib. Edliyyeinfo.az xəbər verir ki, tədbirdə ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Nazirliyin bir qrup […]
Ədliyyə
Ədliyyə naziri bu tarixdə vətəndaşları qəbul edəcək - FOTO
Ədliyyə naziri Fərid Əhmədov 09 yanvar 2026-cı il tarixində Salyan şəhərində Şirvan, Salyan, Hacıqabul, Sabirabad, Neftçala ve Biləsuvar rayon sakinlərini qəbul edəcək. Edliyyeinfo.az xəbər verir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 08 yanvar tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Şirvan regional ədliyyə idarəsinə (ünvan: F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 021 […]
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi İSO 17025 standartına görə beynəlxalq akkreditasiyasını davam etdirir
Edliyyeinfo.az: Türk Akkreditasiya Qurumunun (TÜRKAK) İdarə Heyətinin 22 dekabr 2025-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin akkreditasiyası yenilənib. Qərar Mərkəzdə aparılan tədqiqatlarda istifadə edilən metodların standartlaşdırılması və ISO/IEC 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üzrə ümumi şərtlər” standartına görə akkreditasiyası prosesinin davamı olaraq audit heyətinin yekun rəyinə əsasən verilib. 2012-ci ildən etibarən […]
Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərin icbari təlimi başlayıb
Edliyyeinfo.az xəbər verir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş test və söhbət mərhələlərində uğur qazanmış namizədlər üçün Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlim proqramı başlayıb. Təlimin açılış mərasimində ədliyyə nazirinin müavini Abiddin Hüseynov, nazirin müşaviri Seyfəlpaşa Əliyev, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov və Nazirliyin İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev iştirak edib. […]
Ədliyyə Nazirliyinin Tibb baş idarəsi Nazirliyin penitensiar müəssisələrinin əməkdaşları üçün təlimlər keçirib
Edliyyeinfo.az: Dekabr ayı ərzində Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin təşkilatçılığı ilə Nazirliyin Penitensiar xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin (İMM) Vərəm üzrə təlim mərkəzində silsilə təlimlər keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrinin tibb xidmətində çalışan həkimlər üçün təşkil edilmiş seminar “Təxirəsalınmaz tibbi yardım və təxirəsalınmaz psixiatrik yardım” mövzusunu əhatə edib. Seminarın əsas məqsədi penitensiar müəssisələrdə fəaliyyət göstərən həkimlərin […]
Hakim olmaq istəyənlərin nəzərinə!
Hakimlərin Seçki Komitəsi tərəfindən hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir. Bu barədə Hakimlərin Seçki Komitəsindən məlumat verilib. Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanının 2026-cı il iyun ayının 28-də keçirilməsi […]
Region sakinləri üçün videoqəbul təşkil olunub
Dekabrın 23-də Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Mübariz Əhmədov tərəfindən Göyçay, Bərdə və Şirvan regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib. Videoqəbulda Bələdiyyələrlə iş baş idarəsi, İstintaq idarəsi və İcra xidmətinin fəaliyyət istiqamətləri ilə […]
Ədliyyə Nazirliyi: “Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı hazırlanıb”
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüslə dekabr 19-da “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib. Ədliyyə Nazirliyi tərəfindən bu gündən etibarən qərarın icrası istiqamətində işlərə başlanılıb. Belə ki, amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı hazırlanıb. Qərarın təxirə salınmadan icrası barədə Nazirliyin aidiyyəti struktur […]
Məhkəmə ekspertizası sahəsinin inkişafına dair beş illik konsepsiya təsdiqləndi
Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya təsdiqlənib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Nazirlər Kabinetinə konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, eləcə də icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini […]
Prezident Ədliyyə Akademiyasının rektorunu işdən çıxardı - Yeni təyinat
Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib. Edliyyeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Digər Sərəncamla, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib. Qeyd edək ki, R.İsmayılov Konstitusiya Məhkəməsini hakimi olub. O, iyul ayında hakim vəzifəsindən azad olunmuşdu.









