Ədliyyə Info

Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb. Edliyyeinfo.az-ın  “Unikal”a istinad  məlumatına görə, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib. Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Fərid Hüseynliyə təyin etdiyi ömürlük azadlıqdan məhrum […]

Ədliyyə Info

Ədliyyə Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbərliyi və əməkdaşları faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. Nazirliyin kollektivi faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, soyqırımı abidəsinin önünə güllər düzüb.

Ədliyyə Info

Ədliyyə Nazirliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Ədliyyə Nazirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan nazir müavini Abiddin Hüseynov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, 1992-ci il fevralın 26-da […]

Ədliyyə Info

Azərbaycanda 322 şəxsə qeyri-adi qadağa qoyulub

2025-ci ildə 322 şəxsə zorakılıqlardan qorunmaq üçün mühafizə orderi verilib. Edliyyeinfo.az xəbər verir ki,  bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Rəsmi məlumata görə, 2025-ci ildə yerli icra və probasiya qurumlarının icraatına məişət zorakılığı ilə bağlı 280-i qısamüddətli, 42-si uzunmüddətli mühafizə orderi olmaqla, cəmi 322 icra sənədi daxil olub. Qeyd edək ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsə qarşı […]

Ədliyyə Info

Məhkəmə ekspertizası sahəsində yeni elmi-metodiki materialların təqdimatı keçirilib

Fevralın 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məhkəmə ekspertizası sahəsində hazırlanmış 9 yeni elmi-metodiki materialın təqdimatı olub. Tədbirdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış ediblər. Onlar məhkəmə ekspertizası sahəsində müasir […]

Ədliyyə Info

Ədliyyə naziri Göyçayda regional vətəndaş qəbulu keçirib

Ədliyyə naziri Fərid Əhmədov 6 fevral tarixində Göyçay şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Göyçay, Ağdaş, Ağsu, Zərdab, İsmayıllı, Kürdəmir, Ucar və Şamaxı rayonlarından ümumilikdə 74 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində […]

Ədliyyə Info Sənədlər

NK-dan İnzibati Xətalar Məcəlləsi ilə bağlı SƏRƏNCAM

Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı Prezident fərmanının icrasının təmin olunması barədə sərəncam verib. Edliyyeinfo.az xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb. Sərəncama əsasən, Ədliyyə Nazirliyi bir sıra dövlət qurumları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanun və müvafiq fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini […]

Ədliyyə Info

Ədliyyə naziri regionlardakı hüquqşünas çatışmazlığından danışdı

Həqiqətən də, “LEGİS Hüquq Forumu” cəmiyyəti və hüquq ictimaiyyətini maraqlandıran bir platformadır. Hüquq təhsilinin mahiyyəti bütövlükdə hüquq sistemində həyata keçirilən islahatların təməlində duran amil kimi qiymətləndirilməlidir. Hüquq təhsilinin keyfiyyətində olan boşluqlar sonradan ədalət mühakiməsi və normayaratma prosesində olan boşluqlara çevrilir. Hər şeyin kökü hüquq təhsilindən qaynaqlanır. Edliyyeinfo.az  xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov […]

Ədliyyə Info MƏHKƏMƏ

İnam Kərimov məhkəmə-hüquq islahatlarının səbəbini açıqladı

“LEGİS” Hüquq Forumu kimi platformalar dövlət, məhkəmə və biznes arasında açıq dialoq üçün etibarlı hüquqi mühitin formalaşmasına xidmət edir. Müasir dövrdə güclü iqtisadiyyat yalnız sərmayə və təşəbbüskarlıqla deyil, eyni zamanda, etibarlı, çevik və proqnozlaşdırıla bilən hüquq sistemi ilə formalaşır. Sahibkar üçün ən vacib məsələlərdən biri mübahisə yarandıqda ədalətli, şəffaf və operativ məhkəmə müdafiəsinə arxayın ola […]

Ədliyyə Info

Ədliyyə Nazirliyinin İcra xidməti, Tibb baş idarəsi, İstintaq idarəsinin yerləşdiyi ünvanlar dəyişdirilib.

Edliyyeinfo.az xəbər verir ki, Ədliyyə Nazirliyinin İcra xidməti, Tibb baş idarəsi, İstintaq idarəsinin yerləşdiyi ünvanlar dəyişdirilib. Yeni ünvanlar aşağıdakı kimidir: – İcra xidməti – Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf bəy Vəzirov küçəsi 56 – Tibb baş idarəsi – Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 86 – İstintaq idarəsi – Bakı şəhəri, Nərimanov rayonu, Heydər […]