Əvvəlki illərdə olduğu kimi, cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 49 % və 50,4% olmaqla Beynəlxalq Əmək təşkilatının sosial təminatının minimum normaları haqqında Konvensiyasına cavab verəcək. Edliyyeinfo.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, […]
Parlament
Azərbaycanda bu fondun adının dəyişdirilməsi təklif olunur
“İşsizlikdən Sığorta Fondunun adını dəyişib Məşğulluq və İşsizlikdən Sığorta Fondu adlandıraq. Fondun xərclərinin əhəmiyyətli hissəsi sosial proqramların maliyyələşdirilməsi və məşğulluğun təminatı üçün istifadə olunursa, fondun adında məşğulluq sözününn olması məqsədəuyğundur”. Edliyyeinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi […]
“Azərbaycan Nəşriyyatı”na pul ayrılmayacaq
Gələn il dövlət büdcəsində “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün vəsait nəzərdə tutulmayıb. Edliyyeinfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Belə ki, 2024-cü ildə 2 352 890 manat icra edilib, 2025-ci ildə […]
Pensiya sistemində əlavə islahatlar ola bilər
Pensiya sisteminin dayanıqlılığı üçün əlavə islahatlara ehtiyac var. Edliyyeinfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub. Sənəddə bildirilir ki, aparılan təhlillər pensiya təminatı sisteminin dayanıqlılığını qiymətləndirmək üçün istifadə edilən əsas göstəricilərə, xüsusilə də asılılıq əmsalına diqqətin artırılmasının vacibliyini göstərir. Asılılıq əmsalı — sosial sığorta haqqı ödəyən şəxslərin […]
Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyənləşir
“Dövlət xidmətləri haqqında” yeni qanun qəbul edilib. Edliyyeinfo.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub. Təqdim olunan qanun layihəsi dövlət xidmətləri sahəsində faəliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək. Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə, vahid xidmət mərkəzinə, dövlət […]
Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar
Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastruktur obyektlərinə dair ümumi tələblər təkmilləşdirilir. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə […]
Vəkillərə yeni hüquqlar verilir
Vəkillərə yeni hüquqlar verilir. Edliyyeinfo.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər. Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə isə aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış […]
İpotekaya dair tələblərlə bağlı yeni qayda tətbiq ediləcək
İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi mexanizmi təkmilləşdirilir. Edliyyeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mövcud qanunda bu hüququn ipoteka saxlayanlar arasında müqavilə əsasında dəyişdirilə bilməsi nəzərdə tutulub. Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun […]
Vəkillər Kollegiyasının vəsaitinin mənbələri artırılır
Vəkillər Kollegiyasının vəsaitinin mənbələri artırılır. Edliyyeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Vəkillər Kollegiyasının vəsaiti daxil olan üzvlük haqqından, order markasına görə ödənişdən, bu Qanunun 16-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş vəsaitdən və qanunla qadağan […]









