Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Bakının xilası (15 sentyabr 1918): Şanlı qurtuluş, dövlətçilik zəfəri və tarixi qardaşlıq

15 Sentyabr 2026, 08:30 Özəl
728×90

Faktum.az xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Bakı şəhəri bolşevik-daşnak işğalından tamamilə azad edilmişdir. Bu tarixi zəfər gənc Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və ərazi bütövlüyünü təmin edən, milli dövlətçilik tarixinin en mühüm dönüş nöqtələrindən biridir. Azadlıq əməliyyatından dərhal sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz rəsmi paytaxtını Gəncədən Bakıya köçürərək ölkənin siyasi, iqtisadi və mədəni mərkəzində suveren hakimiyyətini bərqərar etmişdir.

15 sentyabr qələbəsi təkcə strateji bir hərbi uğur deyil, həm də Azərbaycan və Türkiyə xalqları arasındakı sarsılmaz qardaşlığın və mənəvi birliyin tarixi təcəssümüdür. Qafqaz İslam Ordusunun tərkibindəki osmanlı əsgərləri və azərbaycanlı könüllülər Bakının azadlığı uğrunda çiyin-çiyinə döyüşərək böyük fədakarlıq göstərmişlər. Bu şanlı zəfər Bakının Azərbaycanın tarixi və milli paytaxtı kimi mövqeyini əbədiləşdirmiş, Cümhuriyyət hökumətinin beynəlxalq müstəvidə tanınması və ölkə daxilində hüquqi rejim qurması üçün sağlam zəmin yaratmışdır.

728×90
Paylaş: